Fuad Çıraqov yüksək vəzifəyə təyin olundu
Simonyandan Azərbaycanla bağlı ŞOK ETİRAF:
"Bir sirrin üstünü açım..."
Azərbaycan nefti BAHALAŞDI –
Görün neçəyə oldu
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Novruz Məmmədov: “Çox gərgin vəziyyət yaranıb”
"Reallıq bundan ibarətdir ki, yeni minillikdə beynəlxalq münasibətlər sistemində çox mürəkkəb və gərgin bir vəziyyət yaranıb"
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda ingilis dilində nəşr olunan 'Caucasus International' jurnalına müsahibəsində belə deyib.
N.Məmmədov hesab edir ki, müəyyən dövr ərzində ardıcıl və davamlı şəkildə baş verən bir sıra proseslər beynəlxalq münasibətlərin bugünkü gərgin mərhələyə gəlib çatmasına səbəb olub: `SSRİ-nin dağılmasından sonra beynəlxalq münasibətlər sistemində Qərbin nümunəsində yalnız bir qütbün qalması bir çoxlarında gələcəyə böyük ümidlər yaratmışdı. Dünyada proseslərin daha rəvan gedəcəyi, problemlərin azalacağı, mümkün münaqişələrin isə hərb yolu ilə deyil, danışıqlar, kompromislər vasitəsilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll ediləcəyi gözlənilirdi. Təəssüf ki, bütün bu gözləntilər özünü doğrultmadı. Yeganə qütb kimi qalan və faktiki dominant gücə çevrilən Qərb beynəlxalq münasibətlər sisteminin daha harmonik, münaqişəsiz vəziyyətə gətirilməsi üçün səy göstərmədi. Əksinə, heç bir ciddi rəqiblə qarşılaşmayan Qərb öz strateji maraqlarını tam şəkildə reallaşdırmağa – bütün dünyanın insan və təbii resursları üzərində total nəzarəti əldə etməyə can atmağa başladı.
Hərbi güc artıq əsas təsir vasitəsi kimi ikinci plandadır – insanları qurğuşunla öldürmək beynəlxalq cinayət sayılır. Bununla da, təsir vasitələri yeni reallıqlara uyğunlaşdırılıb, daha incə, mürəkkəb və "mədəni' olub, yəni "yumşaq gücə' çevrilib. Artıq insan amili önə çəkilir, müxtəlif müdaxilələr humanitar məqamlarla əsaslandırılır. Ayrı-ayrı ölkələrə təzyiq etmək üçün demokratiya, insan hüquqlarından istifadə olunur. Hətta qərara alınıb ki, qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslərin nikahını da insan hüquqları müstəvisində həyata keçirsinlər".
N.Məmmədov deyib ki, indi nəticələr göz qabağındadır: `Bir sıra regionlarda yaranmış problemlərin daha geniş və hətta bəzən qlobal xarakter almasında dominant gücə çevrilmiş Qərb məsuliyyət daşıyır. Onun bu problemlərin həllini təmin edə bilməməsi, bir sıra hallarda bu proseslərə müdaxilə etmək istəməməsi, digər hallarda isə bu proseslərin əsas səbəbkarı olması, dövlətlər arasındakı geosiyasi və geoiqtisadi mübarizənin daha da genişlənməsi, ərazi münaqişələri Frensis Fukuyamanın hesab etdiyi kimi, dünyanın heç də "tarixin sonu”na çatmadığını və əksinə, daha gərgin və böhranlı mərhələyə girdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, "Soyuq müharibə' dövründə dünyada 10-a yaxın ölkədə gərgin vəziyyət var idisə, hazırda qaynar nöqtələrin sayı 50-yə yaxındır.
Bütün bunların fonunda, əsas düşündürücü məqam budur ki, cəmiyyət inkişaf etdikcə XXI əsrin əvvəllərində bu cür hadisələrin baş verməsi doğrudan da bir problem kimi öz cavabını, həllini gözləyir. Əslində, insan və cəmiyyət inkişaf etdikcə münaqişələr, ziddiyyətlər, problemlər azalmalıdır. Amma bu gün dünyada əks prosesin getdiyi müşahidə olunur. Bu isə beynəlxalq ictimaiyyət üçün yaxşı heç nə vəd etmir".
`Vəziyyətin kökündən dəyişdirilməsinin zəruriliyi inkar edilə bilməz. Yeganə çıxış yolu isə ədalət prinsipinin və beynəlxalq hüququn aliliyinin bərpa olunmasıdır`.- deyən N.Məmmədov hesab edir ki, insanların qarşılıqlı fəaliyyətinin qiymətləndirilməsində istifadə oluna biləcək ən mühüm və vacib anlayış ədalət anlayışıdır:
"Məhz bu prinsipi sadə vətəndaşdan tutmuş ən yüksək vəzifəli dövlət siyasətçisinə kimi bütün insanların davranışını müəyyənləşdirən əsas dəyər kimi nəzərdən keçirmək olar. Ədalət olmayan zaman insan fəaliyyətinin heç bir sahəsində müsbət nəticə gözləməyə dəyməz. Dünyanın hansısa bir nöqtəsində insanların kütləvi qırğınına və ya münaqişələr nəticəsində öz evlərini tərk etmələrinə müəyyən maraqlar fonunda göz yumulması səbəbindən belə hadisələrin daha geniş xarakter alması ədalətsizliyin beynəlxalq münasibətlər sistemində hansı fəsadlar törətdiyinin bariz nümunəsidir".
Prezidenti Administrasiyası rəhbərinin müavini qeyd edib ki, bu gün beynəlxalq münasibətlər sisteminin ən böyük problemi ədalətin olmaması ilə bağlıdır: "Bu səbəbdən də bu sistem daxilində uzun illər ərzində formalaşmış, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin fəaliyyətinin çərçivəsini müəyyən edən beynəlxalq hüquq birmənalı şəkildə iflasa uğramaqdadır. Beynəlxalq hüququn prinsip və normalarına artıq riayət edilmir. Məhz Qərbin iradəsi əsasında formalaşmış bu mexanizmdə dövlətlərin hansı davranışlarının leqal, hansınınsa qeyri-leqal olduğunu müəyyənləşdirmək olduqca çətinləşib. Daha doğrusu, bu davranışlara beynəlxalq hüququn mövcud prinsipləri əsasında qiymət vermək mümkündür, lakin bu qiymətin müəyyən dövlətlərin maraqlarından asılı hala düşməsi vəziyyəti qəlizləşdirir. Beləliklə də, beynəlxalq hüquq proseslərə tətbiq olunmur. Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xidmət alətinə çevrilir.
Belə bir vəziyyətdə beynəlxalq hüququn tətbiqinin qarantiyası rolunu oynamalı olan beynəlxalq təşkilatlar böhran keçirirlər. Bu böhranın da əsas səbəbi həmin təşkilatların böyük dövlətlərin maraqlarından asılı vəziyyətə düşməsidir. Bu maraqlar beynəlxalq hüququn eyni proseslərə fərqli yanaşma əsasında tətbiq edilməsini şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bəzən BMT Təhlükəsizlik Şurasında hansısa bir ölkə ilə bağlı qətnamə hələ qəbul edilməmiş bu ölkəyə müdaxilə edilir. Hansısa digər ölkələrə münasibətdə qəbul olunmuş qətnamələr isə onillərlə arxivlərdə qalır və bununla bağlı heç bir əməli iş görülmür".
N.Məmmədov deyib ki, bu cür yanaşma özünü ən bariz şəkildə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə göstərir: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri qəbul olunub. Xüsusən, BMT qətnamələrində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz dərhal çıxarılması tələb olunur. Bütün bu sənədlərdə beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin qəti mövqe ortaya qoyulmadığı üçün heç bir qətnamənin tələbləri yerinə yetirilmir.
Buradan hansı nəticə çıxır? Əfqanıstan, İraq və Liviya kimi ölkələrə dərhal müdaxilə edən Qərb ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar? Bəlkə elə buna görədir ki, Gürcüstan, Moldova və Ukraynadakı separatçı qurumlara bir münasibət, Dağlıq Qarabağdakı separatçı quruma isə fərqli münasibət göstərilir?
Şübhəsiz ki, ikili standartların bu şəkildə tətbiqi ədalət prinsipinə və beynəlxalq hüquqa kölgə salır. Qərbin özünün səbəb olduğu və bilavasitə yaratdığı proseslər sonradan onun özünə qarşı çevrilir və ümumən beynəlxalq münasibətlər sistemi üçün ciddi təhlükə yaradır. Bu, artıq bir çox dövlət tərəfindən etiraf olunur.
Vəziyyətin kökündən dəyişdirilməsinin zəruriliyi inkar edilə bilməz. Yeganə çıxış yolu isə ədalət prinsipinin və beynəlxalq hüququn aliliyinin bərpa olunmasıdır. Böyük dövlətlər istər ikitərəfli münasibətlərində, istərsə də beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətlərində öz maraqları üçün yox, beynəlxalq hüququn norma və prinsiplərini tətbiq etmək üçün çalışmalıdırlar. Xüsusən, BMT kimi universal təşkilat çərçivəsində bunun zəruriliyi özünü açıq şəkildə göstərir. Nümunə kimi deyə bilərəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövr ərzində yalnız beynəlxalq hüququ və ədaləti müdafiə edib, konkret məsələlərlə bağlı prinsipial mövqe nümayiş etdirib, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüb. Hesab edirəm ki, yalnız belə mövqe beynəlxalq münasibətlər sistemində mövcud olan zərərli tendensiyaları aradan qaldıra bilər".
Oxşar Xəbərlər
Arif Məmmədov: “Eldar Mahmudov İsrail kəşfiyyatı ilə bağlı idi”
Avtovağzal rəhbərliyinin çökmədən xəbəri yoxdur
Əli Əhmədov: “Türkiyə Azərbaycan üçün qardaş və strateji müttəfiq ölkədir”
Türkiyə Rusiyadan beynəlxalq hava hüququ prinsiplərinə hörmət göstərməyi tələb etdi
Xəbər lenti
20 ballıq cərimə limiti artırılır? -
VİDEO
Fuad Çıraqov yüksək vəzifəyə təyin olundu
Əhaliyə XƏBƏRDARLIQ -
Yenə BAŞLANIR!
Simonyandan Azərbaycanla bağlı ŞOK ETİRAF:
"Bir sirrin üstünü açım..."
FHN-dən hava ilə bağlı əhaliyə -
MÜRACİƏT
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
Bu il hansı qrupda ballar aşağı düşəcək?
Evlər niyə çökür? - RƏSMİ
Azərbaycan nefti BAHALAŞDI –
Görün neçəyə oldu
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
SON DƏQİQƏ: Prezidentdən Asəf Hacıyevlə bağlı
SƏRƏNCAM
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
İranda yeniyetmə bütün ailəsini qətlə yetirdi -
DƏHŞƏT
Kərə yağı ilə bağlı qərar verildi
İyun ayının ən uğurlu günləri açıqlandı —
Bu tarixlərə diqqət!
Neft bazarında kəskin dönüş:
Qiymətlər bir anda DƏYİŞDİ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ...
İranlılar vicdanla danışıq aparırlar -
Vens
Hava kəskin dəyişir -
XƏBƏRDARLIQ
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
20 ballıq cərimə limiti artırılır? -
VİDEO
Əhaliyə XƏBƏRDARLIQ -
Yenə BAŞLANIR!
FHN-dən hava ilə bağlı əhaliyə -
MÜRACİƏT
Bu il hansı qrupda ballar aşağı düşəcək?
Evlər niyə çökür? - RƏSMİ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ