Şuşaya giriş-çıxış məhdudlaşdırılır? - RƏSMİ AÇIQLAMA


Bu gün bir sıra yerli KİV-də 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndəliyindən məlumatında qeyd olunub.

“Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”, - məlumatda deyilir.

***

Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq.

Hurriyyet.az xəbər verir ki, bayram günlərində (31dekabr - 2 yanvar) fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.

Bildirilib ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.

“Şuşa şəhərindəki hotellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən hotellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, bayram günlərində Şuşada Yeni il şənliyi, atəşfəşanlıq, müxtəlif musiqi və şou proqramlar təşkil olunacaq.

axar.az



Oxşar Xəbərlər

Xəbər lenti