Vilayət Eyvazov Ramil Usubovun qaynını işdən çıxardı


Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov işdən çıxarılıb.

Sozcu.info-nun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Nüsrət Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqdar təqaüdə göndərilib.

Qeyd edək ki, N.Şirinov sabiq Daxili İşlər naziri Ramil Usubovun qaynıdır.

O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

2016-cı ildən isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini tuturdu.



Oxşar Xəbərlər

Xəbər lenti