Azərbaycan hökumətinin ən gənc və ən yaşlı kadrı kimlərdir? - ARAŞDIRMA

Məlum olduğu kimi, 16 fevral 2024-cü il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.

Sozcu.info xəbər verir ki, pravda.az hökumətin yeni tərkibinin ən gənc və ən yaşlı kadrlarını araşdırıb. Belə ki, hazırda ölkə hölumətinin ən gənc kadrı 1986-cı il təvəllüdlü müdafiə sənayesi naziri Vüqar Valeh oğlu Mustafayevdir. 38 yaşlı nazir 2023-cü ildən bu vəzifədədir.

Hökumətin ən yaşlı kadrı isə Baş nazirin birinci müavini 79 yaşlı Yaqub Abdulla oğlu Eyyubovdur. 1945-ci il təvəllüdlü müavin 2003-cü ildən vəzifəsindədir.

Azərbaycan hökumətinin digər kadrlarının yaşı barədə məlumatı da təqdim edirik:

Baş nazir Əli Hidayət oğlu Əsədov - 1956-cı il, 68 yaş. 2019-cu ildən bu vəzifədədir.

Baş nazirin müavini Əli Cavad oğlu Əhmədov - 1953-cü il, 71 yaş. 2013-cü ildən bu vəzifədədir.

Baş nazirinin müavini Şahin Abdulla oğlu Mustafayev – 1965-ci il, 59 yaş. 2019-cu ildən bu vəzifədədir.

Daxili işlər naziri, general-polkovnik Vilayət Süleyman oğlu Eyvazov - 1968-ci il, 56 yaş. 2019-ci ildən bu vəzifədədir.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev - 1967-ci il, 57 yaş. 2018-ci ildən bu vəzifədədir.

Elm və təhsil naziri Emin Eldar oğlu Əmrullayev - 1982-ci il, 42 yaş. 2022-ci il-dən bu vəzifədədir.

Energetika naziri Pərviz Oqtay oğlu Şahbazov - 1969-cu il, 55 yaş. 2017-ci ildən bu vəzifədədir.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev – 1980-ci il, 44 yaş. 2018-ci ildən bu vəzifədədir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Fəttah oğlu Heydərov - 1961-ci il, 63 yaş. 2006-cı ildən bu vəzifədədir.

Gənclər və idman naziri Fərid Fazil oğlu Qayıbov - 1979-cu il, 45 yaş. 2021-ci ildən bu vəzifədədir.

Xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramov - 1973-cü il, 51 yaş. 2020-ci ildən bu vəzifədədir.

İqtisadiyyat naziri Mikayıl Çingiz oğlu Cabbarov - 1976-cı il, 48 yaş. 2019-cu ildən bu vəzifədədir.

Kənd təsərrüfatı naziri Məcnun Qadir oğlu Məmmədov - 1983-cü il, 41 yaş. 2023-cü ildən bu vəzifədədir.

Maliyyə naziri Samir Rauf oğlu Şərifov - 1961-ci il, 63 yaş. 2006-cı ildən bu vəzifədədir.

Mədəniyyət naziri Adil Qabil oğlu Kərimli - 1979-cu il, 45 yaş. 2023-cü ildən bu vəzifədədir.

Müdafiə naziri, general-polkovnik Zakir Əsgər oğlu Həsənov - 1959-cu il, 65 yaş. 2013-cü ildən bu vəzifədədir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyev - 1971-ci il, 53 yaş. 2021-ci ildən bu vəzifədədir.

Səhiyyə naziri Teymur Yusif oğlu Musayev - 1970-ci il, 54 yaş. 2022-ci ildən bu vəzifədədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Əvəz qızı Muradova - 1962-ci il, 62 yaş. 2020-ci ildən bu vəzifədədir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Rauf oğlu Muradov - 1979-cu il, 45 yaş. 2018-ci ildən bu vəzifədədir.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov - 1965-ci il, 59 yaş. 2023-cü ildən bu vəzifədədir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin İsağa oğlu Quliyev - 1967-ci il, 57 yaş. 2002-ci ildən bu vəzifədədir.

Dövlət Statistika Komitəsinin sədri Tahir Yaqub oğlu Budaqov - 1965-ci il, 59 yaş. 2015-ci ildən bu vəzifədədir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev - 1977-ci il, 47 yaş. 2020-ci ildən bu vəzifədədir.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev - 1962-ci il, 62 yaş. 2018-ci ildən bu vəzifədədir.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynov - 1980-ci il, 44 yaş. 2018-ci ildən bu vəzifədədir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağı oğlu Nağıyev - 1958-ci il, 66 yaş. 2019-cu ildən bu vəzifədədir.

Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sedyar oğlu Sultanov - 1977-ci il, 47 yaş. 2015-ci ildən bu vəzifədədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mürsəl Qorxmaz oğlu İbrahimov - 1970-ci il, 54 yaş. 2023-cü ildən bu vəzifədədir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Rauf oğlu Mikayılov - 1974-cü il, 50 yaş. 2023-cü ildən bu vəzifədədir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyev - 1975-ci il, 49 yaş. 2018-ci ildən bu vəzifədədir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar İlahi oğlu Təhməzli - 1970-ci il, 54 yaş. 2017-ci ildən bu vəzifədədir.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Adil oğlu Rəsulov - 1954-cü il, 70 yaş. 2018-ci ildən bu vəzifədədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Adil oğlu Salahlı - 1952-cil, 72 yaş. 2012-ci ildən komitə sədrinin birinci müavinidir.

Ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən Azər Məmməd oğlu Cəfərov - 1954-cü il, 70 yaş. 2012-ci ildən ədliyyə nazirinin müavinidir.



Oxşar Xəbərlər

Xəbər lenti