İş adamı Bakıda kolleci satın aldı: Yerində bina tikəcək?


Tikinti maqnatı İsfndiyar Axundov (Şərurlu İsfəndiyar) kollec alıb. 

Sozcu.info xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, İsfəndiyar Axundov Azərbaycan Tətbiqi Elmlər Kollecinin sahibinə çevrilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarında da Azərbaycan Tətbiqi Elmlər Kollecinin qanuni təmsilçisi kimi tikinti maqnatının adı qeyd edilib. O, bu ilin martından kollecin qanuni təmsilçisidir. 

İddialara görə, İsfəndiyar Axundovun təhsil sektoruna yatırım etmək kimi bir niyyəti yoxdur. Bildirilir ki, iş adamına sadəcə kollecin ərazisi lazımdır. 

İsfəndiyar Axundovdan əvvəl kollecin qanuni təmsilçisi Dünyamalıyeva Sabirə Səfi qızı olub. 

Araşdırmalarımız zamanı məlum olub ki, Sabirə Dünyamalıyeva Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. O, 1990-1993-cü illərdə Bakı Qızlar Kollecinin, 1993-cü ildən sonra isə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin rektoru vəzifəsində işləyib.

Ali Tətbiqi Elmlər Kolleci sonradan sadəcə Azərbaycan Tətbiqi Elmlər Kolleci adlandırılıb. Hazırda sözügedən kollec fəaliyyət göstərmir.

Yeri gəlmişkən, 2008-ci ildə kollecin Naxçıvan şöbəsi saxta diplom satışı ilə gündəmə gəlib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və Təhqiqat şöbəsnin rəisi, polis polkovnik-leytenantı Hikmət Əliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Naxçıvan şəhər sakini Zöhram Fuad oğlu Cəfərov da qeyri-qanuni yolla 1990-cı ildə "Gənc təbib", 1993-cü ildə isə "Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin Naxçıvan şöbəsi" adlı məktəb yaradıb, hər iki "tibb məktəbi" 2002-ci ilədək 1000 nəfərdən çox vətəndaşa saxta diplom verib.

Qaynarinfo məsələ ilə bağlı İsfəndiyar Axundovla da əlaqə saxlayıb. Maraqlıdır ki, iş adamı kollec almadığını deyib. "Mən kollec almamışam, xəbərim yoxdur bu məsələdən", deyə o, vurğulayıb. 



Oxşar Xəbərlər

Xəbər lenti