Polad Həşimov Nəcməddin Sadıkovun təxribatının qurbanı olub? - ŞOK İDDİA


General həlak  olan gün Şəmkir Rayon İcra Hakimiyyətindən ona zəng edən məmur kim olub?

Son  vaxtlar  KİV-də Nəcməddin Sadıkovun adı yenə hallanmaqdadır. Hətta onun 590 min avroluq zirehli “Toyota” maşını ilə Bakıda qəza törətməsi də iddia olunur.

Xatırladaq ki, N.Sadıkov Tərtər rayonunda baş vermiş qeyri-qanuni hadisələrə görə fevral ayının 28-də məhkəmə araşdırılmasına cəlb olunsa da, hələ layiqli cəzasını almamışdır.

Diqqətli oxuculara da məlumdur ki, illərdir KİV-lərdə təxribatçı generalın qeyri-qanuni, qeyri-insani  əməllərini işıqlandırmaqdayam. Dərc  olunmuş yazılardan bəzi epizodları (məlumatları) sizə  xatırlatmaq  istəyirəm.

Qeyd edim ki, Azərbaycan xalqına yuxarıdan aşağı baxan, millətimizǝ və dövlətçiliyimizə qarşı gizlində düşmənçilik hissi bəsləyən, nifrət edən bu özündən razı, müştəbeh, məkrli və rusbaşlı  generalı mən 1992-ci  ildən  tanıyıram. O vaxt onun rütbəsi polkovnik-leytenant, vəzifəsi  isə  briqada komandiri idi. Mənim rütbəm kapitan, vəzifəm

1992-ci il, sentyabr ayının sonu (26 və ya 27 sentyabr) idi. Daxili Qoşunların Baş İdarəsindən (bir batalyon şəxsi heyəti) Ağdərə bölgəsinə briqada komandiri polkovnik-leytenant Nəcməddin Sadıkovun sərəncamına göndərildik. Səhərə yaxın (saat 4 radələrində) Ağdərəyə çatdıq. Şıdırğı yağış yağırdı. Briqada qərargahını mühafizə edən qarovul rəisinə gəlişimiz haqqında N.Sadıkova məruzə etmək istədiyimi  bildirdim. O isə, "olmaz, komandir yatır, saat 7-də duranda məruzə edərsən", - dedi. Mən etirazımı bildirdim ki, "döyüş əməliyyatı gedən bölgədə komandir necə rahat yata  bilər"?! Qarovul rəisi dedi ki, o, yatanda heç kim oyatmağa curət etmir, özü nə vaxt istəsə onda da oyanır.

Nəhayət N.Sadıqov oyanandan sonra batalyonun (taborun) şəxsi heyətini sıraya düzüb, ona məruzə etdim. O isə şəxsi heyətlə   salamlaşdıqdan sonra rus dilində bir neçə dəqiqə sıra qarşısında çıxış edib, axırda dedi: "Hamı gödəkçələrinin (buşlatların) iç cibinin üstündə soyadlarını yazsın ki, öləndə görək kimdir".

Onun bu sözləri məni həm əsəbləşdirdi, həm də məyus etdi. N.Sadikovun milliyətcə tatar olan şəxsi heyətlə siyasi və tərbiyə işləri üzrə müavininə etirazımı bildirdim ki, briqada komandirinin çıxışı batalyonun (taborun) şəxsi heyətində ruhdüşkünlüyünə səbəb ola bilər, onun bu çıxışı təxribat  xarakteri daşıyır. N.Sadikovun müavini isə əli ilə mənə "sus" işarəsi göstərib, asta tonla  dedi: "Neyləyək, bu belə adamdır, belə komandirdir".

N.Sadıkovun göstərişi ilə batalyonun (taborun) iki bölüyünün  şəxsi  heyəti  ağır  döyüşlər  gedən  kəndlərə göndərildi. Məni  isə bir bölüyün  şəxsi  heyəti  ilə “Vəng, Çıldıran”  və “Dovşanlı”  kəndləri  istiqamətində  mövqelərimizdə  sağ qalmış  şəxsi  heyəti  dəyişməyə  (əvəz etməyə) göndərdi. Eyni zamanda, müavininə  əmr etdi  ki, kapitan  Nağıyevin  (yəni mənim) dəstəsinə  3 (üç) günlük  quru yemək (sxoy payok), hərbi sursat və bir ədəd də radiostansiya verilsin. Mən bu zaman N.Sadıkovdan xahiş  etdim ki, mövqelər dağlıq ərazidə, meşədədir, hərbi sursat bizə biraz çox verilsin, radiostansiya  sıradan çıxa, əlaqəmiz   sizinlə  kəsilə  bilər. O isə  bildirdi  ki, narahat  olma, kapitan Nağıyev, həmin mövqedə 2 (iki) zirehli maşın da var, döyüş şiddətlənsə sizə kömək göndəriləcək.

Doğrusu, N.Sadikovun göstərişi ilə bizim dəstəyə 3 (üç) günlük quru  yemək verilməsi  məni   şübhələndirmişdi və bu 3 (üç) gün ərzində  nəsə xoşagəlməz (təxtibat) olayın baş verecəyini hiss edirdim. Çünki mən bir il (1991-1992) "OMON"un  tərkibində  bölük  komandiri  kimi bölgələrdə (Ağdam, Füzuli və Goranboy) döyüş təcrübəsi qazanmış və  bəzi təxribat   xarakterli  hadisələrlə qarşılaşmışdım. Yalnız öz qəti qərarım  nəticəsində həmin  olayların, təxribatların  qarşısı  alınmışdır.

Əlqərəz, mövqelərə çatdıq. Sıx meşəlik olan bu dağlıq ərazidə Daxili Qoşunların komandirsiz, özbaşına buraxılmış 40 (qırx) nəfərə yaxın gizirlərini gördüm. Hərdənbir mövqelərimizə müxtəlif çaplı silahlardan düşmənlərimiz atəş açırdı. Biz də onların cavabını verirdik. İkinci gün atışma şiddətləndi. Baş leytenant olan həkim (adını unutmuşam) ayağından yaralandı. Həkimi qərargaha  göndərdim. Rabitəçi-radist  əsgər aparatın  işləmədiyini, sıradan çıxdığını bildirdi. Axşama yaxın atışma səngisə də bir neçə nəfər yaralanmışdı.

Üçüncü  gün  atışma  tədricən şiddətləndi və  düşmən  ağır artilleriya qurğularından  da (silahından)  istifadə etməya  başladı. Bizim  kordinatlarımızı dəqiq bildikləri üçün itkilərimiz çoxalırdı. Bu zaman N.Sadıkovun bizə üç günlük quru yemək verilməsini xatırladım. Ağır yaralıları zirehli maşınlara yığdırıb, qərargaha göndərdim. Şəxsi heyətin yüngül yaralı və sağ qalanlarına döyüşə-döyüşə, kiçik dəstələrlə mühasirəyə düşməmək üçün meşədən çıxmağı tapşırdım. Mənimlə səkkiz nəfər əsgər, iki nəfər gizir və bir nəfər baş gizir meşədən çıxdıq.

Hava artıq qaralmışdı. Baş gizir çiynindən yüngül yaralanmışdı. Arabir atəş səsi eşitsək də, meşədən 10-15 km aralanmışdıq. Qəfildən "dayan, kimdir gələn" komandası eşitdik. "Özümüzünkülər" deyib, onların kim olduğunu soruşdum. Dedilər ki, biz OMON-çularıq. Mən soyadımı  dėyəndə  onlar  məni tanıdılar. Çünki  mən 3 ay  olardı Daxili Qoşunların tərkibində xidmət  etmək üçün OMON-dan keçmişdim. Onlardan xahiş etdim ki, nəqliyyat vasitəsi verin, bizi Yevlaxa aparsın, N.Sadıkovun  haqqında şəxsən özüm Daxili İşlər naziri Həmidova məruzə edəcəm. OMON-çular bizə, yəni 11 nəfərə çay-çörək verdikdən sonra Yevlax şəhərinə getmək üçün avtobus verdilər.

Balakən-Baki qatarı ilə paytaxtda, Daxili Qoşunların Baş İdarəsinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi  çox kobud və sərt qarşılayıb dedi: "Siz necə olub sağ qalmısınız, sizin hamınız həlak olmalıydınız, ölməliydiniz”. Onun göstərişinə əsasən, bizim hamımızı həbs edib, Daxili Qoşunların təsridxanasına saldılar.

Təcridxana dolu idi. Hətta orada bir neçə nəfər hərbi həkim də var idi. On gün tədqiqat aparıldı. Gah gündüz, gah da gecə. Tədqiqatçılar tez-tez dəyişirdi. Mən də izahatımda eyni fikri, yəni Nəcməddin Sadıkovun məni heç bir döyüş planı ilə tanış etməməsini  və  heç bir sənədə, plana da imza atmadığımı, şəxsi heyəti bilərəkdən qırdırmaq istədiyini yazırdım. On  gündən  sonra  tədqiqat  başa çatdı. Təcridxanada  olanların hamısını azad etdilər. Əsgərləri öz hərbi hissələrinə, həkimləri iş yerlərinə göndərdilər, gizirləri və məni azad etdilər.

Mən 20 il xidməti stajım olduğuna görəsənədlərmi pensiyaya (təqaüdə) çıxmağa hazırladım. Lakin 2 ay keçdikdən sonra məni Daxili İşlər naziri İsgəndər Həmidov nazirliyə çağırtdırıb bildirdi ki, ölkədə müharibə yeni qızışır, səni kimi zabit bizə lazımdır, sən də pensiyaya gedirsən. Get hazırlaş, xüsusi bir batalyonla cəbhə bölgələrinin ən gərgin, ən ağır yerlərinə gedəcəksən.

1992-ci ilin dekabr ayının axırlarında Ağdama göndərildim. Bir ay (yanvar) orada döyüşdükdən sonra Ağdərə bölgəsinə, yenə də N.Sadıkovun briqadasına göndərildim. Ayazlı-şaxtalı fevral ayının bir qış axşamı rabitəçi əsgər bildirdi ki, döyüş mövqelərində olan tabor və bölük komandirlərini N.Sadıkov xidməti yığıncağına çağırır. Gecə saat 12-də meşənin içində böyük hərbi çadırdan ibarət qərargahda N.Sadikovun 10-15 nəfər idmançı görkəmli cangüdəni və mühafizəçisi var idi. Onlardan dörd nəfəri çadırın girəcəyində durub, biz zabitlərdən hərbi sursatı və  silahı alıb çadıra buraxırdı. Hava çox şaxtalı idi. Bir az da boz araqdan vurmuş briqada komandiri qıp-qırmızı qızarmışdı. O, çıxışının ilk kəlməsindən rus dilində kobud sözlərlə başladı. Özündən başqa hamını günahkar hesab edirdi. Onun tabeliyində olanlara sərt və kobud (qaba) rəftarını bütün Azərbaycan bilir. Ona görə ki, bir neçə dəfə         televizor ekranlarında onun şəxsi heyəti təhqir etməsi, hətta bəzi epizodlarda əl qaldırmasının görüntülərini görmüşlər. Bu görüntülər Kəlbəcər istiqamətində gedən döyüşlərdən göstərilmişdir...

 

(Fotoda: Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov və şəhid general-mayor Polad Həşimov)

Dəyərli oxuyucalar, hesab edirəm ki, general Polad Həşimov da dövlətimizə, millətimizə neçə illərdir düşmənçilik münasibəti  bəsləyən  Nəcməddin Sadıkovun  planının qurban  olub. Şəmkirdə ictimaiyyət  arasında söz-söhbət gəzir ki,  N.Sadıkovun  bu  məkirli  planının  baş  tutmasına  yardım  edən  Şəmkir İcra Hakimiyyətinin  məmuru olub.  Belə ki, həmin  məmur Polad Həşimov həlak  olmamışdan  bir-neçə  saniyə  əvvəl  (12 iyul 2020-ci il ) onunla  telefon bağlantısı  yaradıb.  N.Sadıkov düşmənə bu kordinatları göndərib. Bu telefon bağlantısı nəticəsində  general  P.Həşimovun harda olduğu  bəlli (təyin) olunub  və o, raketlə  vurulub.

Məlumatlı  şəxsin  bidirdiyinə görə, (ad   məlumdur)  İcra Hakimiyyətinin indi  həbsdə  olan sabiq başçısı Alimpaşa Məmmədov  həmin  məmurun  kim  olduğunu  bilir. DTX və Baş Prokurorluq  araşdırma aparsalar, yəqin  ki, həmin məmuru aşkar  edə bilərlər.

(Ardı  var)

Bəhlul  ORUCOĞLU

Araşdırmaçı-jurnalistBirinci Qarabağ müharibəsi veteranı, Ehtiyatda olan Ədliyyə mayoru



Oxşar Xəbərlər

Xəbər lenti