“Aldığım məlumatlara görə, məni “ilişdirmək” istəyirlər” – Aydın Əliyev


“Etibarlı mənbələrdən aldığım məlumatlara görə, məni izləyirlər, hansısa bir şər, böhtan, qarayaxma, qəza və s. ilə “ilişdirmək” istəyirlər”.

Sozcu.info xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev Feysbuk hesabında yazıb.

O bildirib ki, bu, onun vətəndaş mövqeyi ilə bağlıdır:

“Bəri başdan sizləri bilgiləndirmək istəyirəm. Mənimlə bağlı hər hansı belə bir ləkələmə kampaniyası olarsa, qəti şəkildə inanmayın! Bilin ki, bu mənim vətəndaş mövqeyimə görədir. Mənim heç kimlə şəxsi-qərəzliyim yoxdur. Tənqidlərimi də bir ziyalı borcu olaraq xalqın maariflənməsi, haqq-ədalətin öz yerini alması üçün etmişəm”.



Oxşar Xəbərlər

Xəbər lenti