SÜRÜCÜLƏR NƏQLİYYAT NAZİRLİYİ QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRDİLƏR – VİDEO


Bu günlərdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycanda sərnişin və yük daşımaları həyata keçirən şəxslərə xəbərdarlıq edib. Qurumdan bildirilib ki, ölkəmizdə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir ki, bu da leqal daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.

“Problemin aradan qaldırılması məqsədilə müvafiq təkliflər əsasında 01.10.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə resbublika ərazisində ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi inzibati xəta hesab olunur.

Məcəlləyə əsasən sözügedən xətanı ilk dəfə törədən şəxslər 400 manat məbləğində, təkrar törədənlər isə 1000 manat məbləğində cərimə edilir”, - deyə açıqlamada bildirilirdi.

Qeyd edək ki, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri, eləcə də turizm sektorunun nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin binası qarşısında aksiya keçiriblər. Hurriyyet.az aksiyadan görüntüləri təqdim edir:



Oxşar Xəbərlər

Xəbər lenti