Zakir Fərəcov, deyirsən ki, Prezidentin əli kürəyimdədir…O, əl bir gün dəmir yumruq olub, sənin başına enəcək… O, əl bir gün dəmir yumruq olub, sənin başına enəcək…


Prezident  İlham Əliyev: “Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”.

Zakir Fərəcov, deyirsən ki, Prezidentin əli kürəyimdədir…

O, əl bir gün dəmir yumruq olub, sənin başına, qaşqana enəcək…

Zakir Fərəcov abadlıq-quruculuq işlərinə görə adı olub, özü olmayan şirkətlərə külli miqdarda dövlət vəsaiti köçürüb…

Cənab Baş Prokuror ! Cənab Rektor! Barəsində cinayət işi açılmış Gündüz Əliyev Sumqayıt ŞİH-də, Sumqayıt Dövlət Universitetində necə işləyir ?

Vergi orqanları Zakir Fərəcovun əməllərini yoxlasa, layiq olduğu cəzanı alacaq…

Yazıya qısa  giriş olaraq onu qeyd edək ki, iş adamları, sahibkarlar, biznesmenlər sözün həqiqi mənasında milli sərvətdir. Belə ki, bu şəxslər  dövlətin məşğulluq  siyasətinə böyük töhfə verirlər. Çünki dövlətin əsas vəzifələrindən biri vətəndaşları işlə təmin etməkdir. Bu məsələdə  sahibkarlar dövlətin  yükünün  yetəli hissəsini öz üzərinə götürür, vətəndaşları işlə təmin edirlər. Bu gün sahibkarların ətrafında yüzlərlə, minlərlə insan özünə iş yeri tapır.

Bütün bunları nəzərə alan möhtərəm Prezidentimiz  İlham Əliyev cənabları  sahibkarlıq  və sahibkarlarla bağlı  aşağıdakı  dəyərli fikirləri söyləyib.

İlham Əliyev: “Sahibkarlığın inkişafı dövlət siyasətidir”

Cənab Prezidentimiz  deyib: “ Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”.

Prezidentimiz çıxışlrının birində belə deyib: “Sahibkar heç kimə borclu deyildir. Vergisini verməlidir, vəssalam. Sahibkarı boğurlar, soyurlar, incidirlər, malını əlində alırlar. Bu, dözülməz haldır”.

Cənab İlham Əliyev çıxışlarının birində isə deyib ki, bəzi icra başçıları  abadlıq-quruculuq işləri zamanı dövlətin ayırdığı külli miqdarda vəsaiti mənimsəyir və xərci  iş adamlarının, sahibkarların üzərinə atırlar.

Hə, indi əsas mövzuya keçmək olar.

Prezidentin dediyi kimi “ sahibkarları boğan, soyan, malını əlindən alan “ icra başçılarından biri, bəlkə də birincisi Sumqayıtın icra başçısı Zakir Fərəcov və onun sağ əli Gündüz  Əliyevdir.

Zakir Fərəcov, Prezidentin yuxarıda qeyd etdiyimiz fikirləri sənə aiddir. Bəli, sahibkara mane olmaq dövlətə xəyanətdir. Gec-tez  bütün bunlara görə qanun qarşısında cavab verəcəksən.  

Çünki  Sumqayıtın abadlıq-quruculuq  işləri adı altında dövlətin ayırdığı milyonları mənimsəyərək, xərci iş adamlarının boynuna qoymusan.

Belə ki, neçə illərdir Zakir Fərəcovdan milyonlarla halal pulunu ala bilməyən iş adamları, sahibkarlar müxtəlif dövlət orqanlarına müraciət edirlər. Zakir Fərəcov isə iş adamlarına deyir ki, sizin yazdığınız şikayət ərizələri mənə gəlir və mən də ….silib atıram.

Dövlət məmurunda  bir dövlət ədəb-ərkanı, dövlət tərbiyəsi olmalıdır. Görəsən Zakir Fərəcovda belə bir dəyər varmı?

Axı o şikayət ərizələri Ali rəhbərlikdən, PA-dn gəlir.

Bu hələ harasıdır ? Zakir Fərəcov utanıb-qızarmadan deyir ki, Prezidentin əli kürəyimdədir.

Fərəc  kirvənin oğlu, Prezident sənin əməllərindən xəbər tutan kimi Onun əli dəmir yumruğa çevrilib təpənə enəcək, qaşqana  dəyəcək. Bunu yadda saxla.

 Məlumat üçün onu qeyd edək ki, Sumqyıt şəhərinin abadlıq-quruculuq işlərində çalışan sahibkarlar uzun illərdir ki, Zakir Fərəcovun onlara 10 milyon borcu olduğu barədə dövlət  qurumlarına şikayət edirlər. Zakir Fərəcov isə hər dəfə sahibkarları müxtəlif vədlərlə aldadır və sözünə əməl etmir.

Sahibkarlar isə yazırlar ki, bu pullar müxtəlif şirkətlərdən inşaat materiallarının alınması, fəhlələrin əmək hqqı üçündür. İndi həmin şirkətlər, fəhlələr, ustalar öz pullarını sahibkarlardn tələb edirlər. Sahibkarlar  çıxılmaz vəziyyətdə qalıb.

Bütün bunlar azmış  kimi sahibkarlar  bildirir ki, işi biz görsək də  Zakir Fərəcov böyük məbləğdə pulları  başqa şirkətlərin adına köçürüb, oradan bizə qəpik-quruş verib. Hansı ki, o şirkətlərin görülən abadlıq-quruculuq işlərinə zərrə qədər dəxli yoxdur. Bax, bütün bunlar dövlət qurumları, vergi orqanları tərəfindən ciddi yoxlanılsa, Zakir Fərəcovun əməlləri ortaya çıxacaq.  

Təsəvvür edirsiniz işi görən şirkətlər qalıb bir tərəfdə, külli miqdarda dövlət vəsaiti başqa şirkətlərin hesabına köçürülür. Yəni külli miqdarda vergidən yayınma var. Bəs Dövlət Vergi Xidməti hara baxır..?

Zakir Fərəcovun yuxarıda sadaladığımız əməllərinin həyata keçməsində Gündüz Əliyevin də “xidməti” az  deyil.

Söhbət Sumqayıt ŞİH-nin şöbə müdiri, Sumqayıt Dövlət Universitetinin baş müəllimi Gündüz Əliyevdən gedir.

Adı Gündüz, əməlləri qara-qura olan  bu adam barəsində hazırda  cinayət işi açılıb.

Belə ki,   ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin işçiləri barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Lakin təqsirləndirilən şəxslər barədə hələ ki məhkəmə tərəfindən hər hansı yekun qərar verilməyib.

Belə ki, həmin cinayət işi üzrə təqsirləndirilən və cinayət təqibinə cəlb edilən şəxslər Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, onun bacısı, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq baş mühasibi Gülnarə Bayramova və onların yaxın tanışları Elxan Əsədovdur.

Adıçəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin (CM) 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməklik) və digər maddələrlə ittiham irəli sürülüb.

İş materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitinin həmin şirkətlərə köçürülməsinə nail olub. Bundan sonra köçürülmüş vəsaitin bir hissəsi – 1 milyon 613 min 334 manat Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılaraq mənimsənilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.

Əgər  rəsmi məlumatdan bəlli olursa ki, Gündüz Əliyevin cinayət əməlləri ibtidai istintaq zamanı sübuta yetirilib. Onda Gündüz Əliyev dövlət qurumunda, üstəlik universitetdə necə çalışır ?

Ona görə də sahibkarlar cənab Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror cənab Kamran Əliyevə müraciət edərək bu qanunsuzluqlara son qoyulmasını və halal pullarının verilməsini xahiş edirlər.

NUH.az  



Oxşar Xəbərlər

Xəbər lenti