Müəllim şagird-münasibətləri, fənn tədrisində modernlik, istedadlı şagirdlərlə iş...

Müəllim şagird-münasibətləri, fənn tədrisində modernlik, istedadlı şagirdlərlə iş...

 

Pedaqoji mühazirələrin paytaxt üzrə qalibləri bəlli olub

"Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turu başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Hurriyyet.org-a verilən məlumata görə, BŞTİ-də təşkil edilən şəhər mərhələsinin seçim turunda paytaxtın 12 inzibati rayonu üzrə 100-ə yaxın pedaqoji mühazirə dinlənilib. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn və innovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 12 pedaqoji mühazirə müəllifi ölkə üzrə seçimlərdə iştirak etmək hüququ qazanıb.

Pedaqiji mühazirələrdə ən çox "Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması”, "Fənnin tədrisində müasir təlim texnologiyalarının tətbiqi”, "İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri”, "İstedadlı şagirdlərlə işin təşkili formaları” mövzularına müraciət olunub.

Qeyd edək ki, 2017-2018-ci dərs ilində təşkil olunan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələrin ölkə mərhələsinin aprel-may aylarında keçirilməsi nəzərdə tutulur. Ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti