8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, general Yermeyev Sverdlovskdakı Suvorov hərbi məktəbinin məzunudur. 2012-ci ildə o, əlahiddə Sevastopol Qırmızı ulduzlu motoatıcı briqadasının komandiri təyin edilib.
2016-cı ildə prezident Vladimir Putin ona general-mayor hərbi rütbəsi verib. Putinin bu barədə fərmanı 2016-cı il dekabrı 12-də dərc edilib. Habelə Aleksandr Saverin "Rusiyanın hərbi xüsusi təyinatlıları. QRU-dan olan nəzakətli adamlar” kitabından məlum olur ki, Vladimir Yermeyev xüsusi təyinatlıların tərkibində Əfqanəstanda xidmət edib. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində Gürcüstan, Azərbaycan, o cümlədən Dağlıq Qarabağ və Cənubi Osetiya bölgələrində "konstitusion qaydaların təmin edilməsində” iştirak edib.
Xatırladaq ki, 1990-cı ilin yanvarında SSRİ silahlı qüvvələrinin Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstələri ordu hissələrindən əvvəl Bakıya yeridilib və bir sıra diversiyalar, o cümlədən televiziyanın enerji blokunun partladılması əməliyyatını həyata keçirib. Daha sonra QRU xüsusi təyinatlıları Dağlıq Qarabağ və Ermənistanla sərhəd bölgələrdə də asayişi təmin etmək üçün istifadə olunmuşdu.
Virtualaz.org