2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək. Sozcu.info xəbər verir ki, bununla bağlı President İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Presidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 million manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.