Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Yasamal rayon sakinləri rayonda boş ərazilərin, səkilərin zəbt edilərək obyekt sahiblərinə satılmasından boğaza yığılıb. Sakinlər problemin Yasamal rayon İcra Hakimiyyətindən qaynaqlandığını və ərazilərin satılmasını İH-in acgözlüyü adlandırırlar.
Sozcu.info xəbər verir ki, bu barədə ictimai fəal Fimar Asimqızı yazıb. Dəfələrlə Yasamal rayonundakı qeyri-qanuni tikililəri, piyada səkilərinin zəbtini ictimailəşdirən ictimai fəal bu problemin Yasamal İH başçısının sözünün kəsəri olmamasından qaynaqlandığını bildirir:
“Yeni Yasamalda ensiz səki bütünlükdə qanunsuz tikililərlə (əlimdə sənədlər də var) zəbt olunub. Səkini boşaltmağa, onu bazara çevirənlərə dövlət qurumlarının gücü çatmır. Bu bacarıqsızlıqdı, acgözlükdü, vicdansızlıqdı. Yeni Yasamalı sata-sata qazandığınız pullar burnunuzdan fitil-fitil gələcək”
Qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tribunainfo.az