8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Moskva polisi "Lenkom” teatrına bağlı firmanın səhmlərinin satışı zamanı 16.6 milyon dollarlıq dələduzluq həyata keçirən Azərbaycan vətəndaşını saxlayıb.
Sozcu.info "Moskva” xəbərlər agentliyinə istnadən bildirir ki, bu haqda hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Mənbənin bildirdiyinə görə, 2014-cü ilin iyulunda 1950-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı iri Sinqapur şirkətinin pullarını dələduzluq yolu ilə mənimsəməyə qərar verib. O, həmin şirkətin direktoru ilə tanış olub və inandırıb ki, restoran, otel biznesi ilə məşğul olan firmanın səhmlərinin 100 faizinin sahibidir. Və həmin firmanın səhmlərini Sinqapur şirkətinə satmaq üçün razılıq əldə edib. Əslində isə firmanın səhmlərinin 25 faizi "Lenkom” dövlət teatrına məxsus olub.
"Lenkom" teatrı
"Xamovniçeskiy Val küçəsində, "Yunost” ("Gənclik”) mehmanxanasında həmin azərbaycanlı və sinqapurlu biznesmen firmanın səhmlərinin alqı-satqısına dair 38 milyon dollarlıq müqavilə bağlayıblar. Bu məbləğdən 750 milyon rubl, yaxud 16.6 milyon dollar çıxılıb. Daha sonra həmin pullar cinayətkarın açdığı bank hesabına köçürülüb”-mənbə bildirib.
Axtarışda olan həmin şəxsi polis 2018-ci il aprelin 6-da saxlayıb və ona qarşı xüsusilə iri məbləğdə dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb. Fiqurant başqa yerə getməmək barədə iltizam altındadır. İstintaq gedir.
Xatırladaq ki, bir müddət əvvəl "Lenkom” teatrının direktoru Mark Varşaverin vaxtilə bu teatra dəstək üçün yaradılmış "Yunkom” QSC adlı firmanın sahibi Fərid Haqverdiyevlə çəkişməsinə dair Rusiya mətbuatı yazmışdı.