8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu sözləri rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib.
"İndi tamamilə aydındır ki, Qərbdə – ABŞ-da, İngiltərədə, İsraildə müəyyən dairələr əsl dünya müharibəsi başlatmaq niyyətindədirlər. Skripal işi və Duma şəhərində kimyəvi silahla hücum təqlidi onu başlatmaq üçün arqumentlərdir. Bu, Rusiyanın Suriyadakı böyük zəfərinə reaksiyadır. Buna görə də Rusiya və Çinin də iştirak etdiyi BMT Təhlükəsizlik Şurasının iclasında hər hansı bir qərar qəbul edilməyəcək. Bu mümkünsüzdür, çünki Moskva və Pekin istənilən qərarı blok edəcəklər”.
Ekspertin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası III Dünya müharibəsi ərəfəsində Qərb ölkələrini bir yerə toplamağa hazırlaşır.
"Bu, kifayət qədər məntiqlidir, çünki seçdikləri tendensiyalar qarşısında digər ssenarilər Qərbə müsbət nəticələr gətirə bilməz. Bir çoxları bunun absurd, imkansız olduğunu, Qərbin nöqteyi-nəzərindən rasional olmadığını düşünürlər. Ancaq bu mümkündür və rasionaldır. Bu qlobalçıların mövqeyindəki yeganə rasional olandır”, – ekspert hesab edir.
Duqin bəşəriyyətin III Dünya müharibəsinə heç zaman bu qədər yaxın olmadığını bildirib.
"Müharibə baş verəcək? Biz heç vaxt dünya müharibəsinə bu qədər yaxın olmamışıq. Biz indi ona Krımda, Abxaziyada və 2008-ci ildə Osetiyadakı hadisələr zamanı olandan daha yaxınıq. Bu o demək deyil ki, müharibə mütləq olacaq. Bu o deməkdir ki, indi bu baş verə bilər, əks halda, onlar "Skripal işi” və Suriyada kimyəvi hücumla həmlə etməzdilər”.
Ekspertin sözlərinə görə, bu tip addımlar boş yerə atıla bilməz, çünki əgər indi müharibə başlamırsa, o zaman buna görə cavab verməli olacaqsınız. Bu isə NATO-nun parçalanması və qlobal dominantlığın itirilməsi ilə nəticələnə bilər.
"Vəziyyət çox ciddidir. İlk dəfədir ki, o. həqiqətən ciddidir”, – Duqin qeyd edib.
Xatırladaq ki, bu gün BMT Təhlükəsizlik Şurasında 2 iclas keçiriləcək. Birincidə Suriyanın Duma şəhərindəki kimyəvi hücum təxribatı, ikincidə isə dünya və beynəlxalq təhlükəsizlik qarşısında dayanan təhdidlər müzakirə ediləcək/Report.