Ehsan verilmir deyə yasa az adam gəlir” - Molla gileyləndi


Samuxun Çobanabdallı kəndində molla videomüraciət çəkərək insanların yasa az gəlməsindən gileylənib və bunun ehsan verilməməsi ilə bağlı olduğunu iddia edib.

Sozcu.info-nun məlumatına əsasən, “Xəzər TV”yə danışan molla deyib ki, videonu ev yiyəsinə dəstək niyyəti ilə çəkib.

“Videonu çəkdim ki, gəlin yasda iştirak edin. Halva yeməsəniz belə çay süfrəsində oturun, ev yiyəsinə dəstək olun ki, tək qalmasın”, - molla qeyd edib.

Kənd sakinləri isə qeyd edib ki, yaslarda yemək verilməməsinin ləğvi insanların öz təşəbbüsü əsasında baş tutub və çoxluq tərəfindən müsbət qarşılanır. Yas məclislərinə nə qədər adamın qatılması isə mərasimin sahibinin özünün bənzər məclislərdə necə işitrak etməsindən asılı ola bilir.



Oxşar Xəbərlər

Xəbər lenti