Ayaq üstə durmaqda və gəzməkdə çətinlik çəkir - Kadırovun yeni görüntüləri gündəm oldu


Çeçenistan başçısı Ramzan Kadırovun yeni görüntüləri yayımlanıb.

Sozcu.info xəbər verir ki, orta məktəblərin birində tədris ilinin başlanması ilə bağlı keçirilən tədbirə qatılan R.Kadırovun görüntüləri yenidən onun ağır xəstəlikdən əziyyət çəkdiyinə dair müzakirələrə səbəb olub.

Rusiya “teleqram” kanalları qeyd edirlər ki, Kadırov həmin tədbirdə çətinliklə ayaq üstə dayana və hərəkət edə bilib. Onun xeyli çəki itirdiyi və xarici görünüşünün qətiyyən sağlam olmasına dəlalət etmədiyi aydın görünür.

İndiyə qədər Kadırovun böyrək çatışmazlığı və mədəaltı vəzin ağır xəstəliyindən əziyyət çəkdiyi iddia olunub. Həmçinin, onun zəhərləndiyi barədə də şayiələr var. Lakin Kadırovun sosial şəbəkədəki səhifəsində onun adından bütün bu iddialar təkzib olunur.



Oxşar Xəbərlər

Xəbər lenti