Azərbaycanlı iş adamı yenidən gündəmdə: Qod Nisanov üçün tarixi qərar


Rusiyada yaşayan azərbaycanlı iş adamı Qod Nisanov Sankt-Peterburqun mədəni irsinin qorunması və bərpası sahəsindəki xidmətlərinə görə yüksək ada layiq görülüb.

Sozcu.info xəbər verir ki, o, Sankt-Peterburqun Fəxri xeyriyyəçisi adına layiq görülüb.

Mükafatlandırma mərasimi aprelin 15-də baş tutub. Şəhərin Qanunvericilik Məclisinin sədri Aleksandr Belski mükafatı şəxsən Qod Nisanova təqdim edib.

Qeyd edək ki, iş adamının bu ada layiq görülməsinə səbəb onun şəhər üçün mühüm əhəmiyyət kəsb edən layihələrdəki fəaliyyətidir.

Nisanov xüsusilə Kronştadt Dəniz Katedralının bərpası, Sankt-Peterburq Dövlət Dəniz Texniki Universitetinin kompleksinin inşası, habelə çoxsaylı tarixi binaların restavrasiya edilməsi prosesində yaxından iştirak edib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti