23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
"Müəllimlərlə bağlı serifikatlaşdırma prosesində, təxminən, 8 minə yaxın müəllimin fəaliyyətinə öz peşəsinə uyğun olmadığına görə xitam vermişik. Onlardan 5500-dən çoxu yuxarı sinif, 1000-dən çoxu isə ibtidai təhsil üzrə müəllimlərdir".
Sozcu.info APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.
“Dilin tədrisi ilə bağlı ayrı-ayrı yaş və öyrənmə xüsusiyyətlərini nəzərə almaqla, onların öyrənmə keyfiyyətlərini nəzərə alan tədqiqat yoxdur. "Hansı çalışmalarla uşaq daha çox öyrənir” sualı dərindən tədqiq olunmur”, - nazir bildirib.
Nazir qeyd edib ki, Azərbaycan dili və ədəbiyyat ixtisasına gələn müəllimlərin sayında artım müşahidə olunur: “Son illər 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib. Bizim də prioritetimiz müəllimlik ixtisasının balını qaldırıb savadlı kadrların yetişməsinə imkan yaratmaqdır”.