Dünən, 11:11
Dünən, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
Bakı şəhərinin rayonlarının bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.
Sozcu.info xəbər verir ki, “Qaynarinfo”nun məlumatına görə, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbayel, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyətlərində arıq bu yenilənmə olub.
Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri bundan sonra müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili və ictimai-siyasi və humanitar məsələlər sektorunu kurasiya edəcək.
Başçının müavini sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili, eləcə də memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna nəzarəti həyata keçirəcək. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Sənədlərlə və vətəndaş müraciətləri və hüquq və kadr məsələləri sektoru yeni şöbəyə tabe olacaq.
Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin strukturunda da dəyişikliklər edilib. Bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. O da bildirilir ki, ixtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.
Qeyd edək ki, icra hakimiyyətlərində son həbslərdən sonra bu strukturun birdəfəlik ləğvi mövzusu yenidən gündəmə gəlmişdi. Belə ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. İ.Rzayevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub. Onun barəsində 4 aylıq həbs qərarı verilib.
Noyabrın 1-də isə Qaradağ Rayon İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlama nəticəsində, icra başçısının müavini Nadir Muradov və bir sıra vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.