Nəriman Həsənzadənin SON DURUMU


Xalq şairi Nəriman Həsənzadə sabah evə buraxılacaq.

Bu barədə Sozcu.info-ya şairin köməkçisi Arif Mehmandost deyib.

O bildirib ki, şairin səhhəti yaxşılaşıb və Yeni ili evində qarşılayacaq:

“Müalicəsi ev şəraitində də davam edəcək. Əsas məsələ onun səhhətinin yaxşılaşmasıdır”.

Qeyd edək ki, 94 yaşlı şair uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir. Xalq şairi hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Bundan öncə o, ürəyindən əməliyyat olunmuşdu.



Oxşar Xəbərlər

Xəbər lenti