25 il sonrakı barışıq, yoxsa 2 milyonluq PR?


“İbo Show” proqramının Yeni il xüsusi buraxılışında Asena və İbrahim Tatlısesin 25 ildən sonra bir araya gəlməsi günlərdir gündəmdən düşmür. 

Sozcu.info xəbər verir ki, canlı yayımda Bülent Ersoyun “Asenanı necə razı saldılar?” sualından sonra Yıldız Tilbenin etdiyi “pul” jesti və “2 milyon lirəyə gəlib” sözləri gündəmi dəyişib.

Sosial mediada Asenanın proqrama 2 milyon TL qonorar qarşılığında qatıldığı iddiası sürətlə yayılıb.

Kulis məlumatlarına görə, Asena bu proqramda iştirak qərarını son anda verib. Yaxın çevrəsinin bildirdiyinə görə, təklif uzun müddət müzakirə olunub və razılıq prosesi asan başa gəlməyib. Asenanın “İbo Show”ya dönüşü və iddia edilən yüksək qonorar qarşılığında proqramda yer alması sosial media istifadəçiləri tərəfindən intensiv şəkildə müzakirə olunmağa davam edir. Yaşanan görüş “2 milyon lirə doğrudurmu?”, “Barış oldumu?”, “Bu görüş PR addımı idimi?” kimi suallar doğurub.



Oxşar Xəbərlər

Xəbər lenti