Bu dünyada ən çətin iş yaxşı adam olmaqdır

 


 

Haqqında bu gün həvəslə, xüsusi şövqlə söz açdığım qələmdaşım, dəyərli söz sahibi, iti qələmi ilə sınıq qəlblərə böyük ruh gətirən, onlara can verən, həmişə öz zəhməti ilə ucalan və zəhmətkeş insanları da ucalara qaldıran, onlara yaşamaq, yazıb-yaratmaq stimulu verən xanımlardan biri də Natella Asenadır. Əslində mən onu Natella Bayramova kimi tanımışam, 1990-cı ilin əvvəllərindən. Onda Natella xanım heç də respublika qəzetlərindən fərqlənməyən "Neftayırma” qəzetində çalışırdı. Arabir "Azərbaycan” nəşriyyatındakı qəzet və jurnallarda çalışan qələm dostlarına baş çəkir, hal-əhval tutur, söhbətləşir, mənəvi dəstək olurdu. Vaxtilə çalışdığım "Ədalət” qəzetini, xüsusən baş redaktor Aqil Abbası da yad etməyi unutmurdu. Əslində Natella xanımı bu qəzetdə məsul katib işlədiyim dövrlərdən tanıyıram. Elə o vaxtdan da mehribanlığı, səmimiliyi, xüsusi nəvazişi və qayğısı ilə qəlbimin dərin qatlarında iz salmış Natella xanımla dostluğumuzun, əməkdaşlığımızın bünövrəsi qoyulub. Aqil müəllim hər dəfə məni yanına çağırıb Natella xanımın yazılarının növbədənkənar verilməsini tapşıranda mən də o yazılara məsuliyyətlə, ciddi formada yanaşırdım. Çünki dərk edirdim ki, bu yazıların müəllifi elə belə yazarlardan deyil. Və o gündən də Natella xanımı özümçün kəşf etməyə başladım...

"Neftayırma”dakı söz, qələm yolu "Müxalifət”də, "Ədalət”də, sonralar isə "Təzadlar”da davam etməyə başladı. Beləliklə, biz demək olar ki, hər gün üz-üzə gəlir, bir-birimizi dərindən tanıyırdıq Natella xanımla. Bizim daha sıx əlaqəmiz "Ədalət” qəzetində çalışdığı dövrlərdə olub. Qəzetimiz Ali Məhkəmənin zallarında əlbəəl gəzirdi. Bunun da səbəbkarı məhkəmə zallarında gördüklərini olduğu kimi yazan, maraqlı mükalimələr aparan və haqq-ədalətin bərpasına çalışan Natella Asena idi. O, iti qələmi, kəsərli sözü, cəsarətli jurnalist yazıları, reportajları ilə daha da tanınmağa, hüquq mühafizə oranlarının diqqətini cəlb etməyə başladı. Bu, kollektiv olaraq "Ədalət”in, fərd olaraq Natella Asennanın QƏLƏBƏsi idi! Çünki bəzi hüquqmühafizə orqanlarının əməkdaşlarını haqa, ədalətə, həqiqətə cəlb etmək, işi vicdanlı aparmaq üçün məhz Natellanın qələminə, sözünə, cəsarətli və qətiyyətli addımına, principial qərarına böyük ehtiyac var idi. Özünün araşdırmayazıları ilə böyük nüfuz qazanan və çalışdığı kollektivə də nüfuz gətirən Natella Asena həm mətbuatda, həm də hüquqi səpgili yazılarda daha da püxtələşir, inkişaf edir və əsl SÖZ SAHİBİnə çevrilirdi...
Aqil müəllim tapşırmışdı ki, Natella xanım məhkəmə zalından günün hansı çağında çıxıb gəlsə, yazısını istisnasız vermək lazımdır. Çünki oxucu ədalətli yazı, obyektib prinsiplərə söykənən qəzet gözləyir. Odur ki, bu mənada birinciliyi əldən vermək olmaz!
Bubirinciliyiqoruyubsaxlayanisə NatellaAsenaoldu!
Ə
məkinsanı ucaldır. Əsrlərinsınağından çıxmış, cilalanaraqmüasirzəmanəmizə gəlib çatmış bukimiifadələr əməyininsanhəyatındaböyükroloynadığını təsdiqləyir. Əmək insanı təkmilləşdirib, onu ali varlığa çevirib.Zəhmət bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır.
Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanını tanıyırıq.Onlar fədakar əməkləri sayəsində zamanında böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevriliblər.Natella Asena da çalışdığı mətbuat sahəsində əziyyəti, gərgin zehni əməyi ilə onu şəxsən tanıyanların yaddaşlarına hopub. 
Tanışlığımızın bu 30 ilində Natella xanım həmişə mətbuatın nüfuzunu qoruyub saxlamağa çalışıb, qələminin, ağzından çıxan hər bir sözün dəyərini, qədrini bilib, öz nəcib əməlləri ilə o sözə yiyəlik edib. 
Ağ qara götürmür, - deyirlər."Zəfər qalası” qəzetinin təsisçisi və baş redaktoru Natella Asenanın tərcümeyi-halı da savab əməlləri kimi şəffafdır, ictimaiyyətə açıqdır. O, həmişə fəaliyyətində hesabatlılığı təmin edib. Daim əhatəsində olduğu insanlarla, vəzifə, səlahiyyət sahibləri ilə məmnunluqla əməkdaşlıq edən Natella Asena Azərbaycanın milli azadlıq hərəkatında yaxından iştirak etmiş cəngavər xanım kimi ictimai-siyasi, sosial-iqtisadi həyatında gedən prosesləri diqqətlə izləyir, baş verən dəyişikliklərə özünün düşündürücü yazıları ilə fəal vətəndaşlıq mövqeyindən münasibətini bildirir. Nüfuzlu qələm sahibi ölkəmizin həm bugünkü, həm də sabahkı tərəqqisinə xidmət edəcək bütün meylləri düzgün müşahidə edir. Bu nöqteyi-nəzərdən, onun təkbaşına ayda 2-3 nömrə, 16 səhifə olmaqla hazırlayıb çapa verdiyi, oxucularını sevindirdiyi "Zəfər qalası” qəzetinin istər mətbuatdakı, istərsə də cəmiyyətdəki, sosial həyatdakı xidmətlərini, rolunun inkar etmək olmaz. Arada bu qəzetin nömrələri əlimə düşür.Hər dəfə də Natella xanımın bənzərsizliyini, mükəmməlliyini, möhtəşəmliyini görür, dostların yanında onun zəhmətinə, hünərinə, cəsarətinə, öz peşəsinə sadiqliyinə sevinir və bunu alqışlayıram. Və Natella xanımı jurnalistikamızın dəmir ledisi adlandırardım...

 

TƏMƏNNASIZ NATELLA ASENA

 

Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur.
Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır. Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam olmaqdır. Yaxşılıq ya irsən keçir, ya da tərbiyə ilə əldə olunur: bu başqa, həm də çox geniş bir söhbətin mövzusudur. Ancaq biz belə hesab edirik ki, hər ikisinin rolu var, üstəlik də, bir insan yaxşı adam olmağı qarşısına məqsəd qoysa, istəyinə nail ola bilər. Natella Asena da o yaxşılardandır ki, verdiyi sözə heç vaxt xilaf çıxmır.Dostunu çətin vəziyyətdə görsə, qadınlığına, zərifliyinə baxmaz, çiynini o yükün altına verər.Heç bir təmənna ummadan, mənafeyini gözləmədən. Natella xanımın insani, mənəvi keyfiyyətlərini özünün dərin fəlsəfi fikirləri ilə "Yeni təfəkkür” qəzetinin son nömrəsində istedadlı qələmdaşım, özünə, qələminə, sözünə və mənəvi dünyasına böyük hörmət bəslədiyim Hikmət Məlikzadə qiymət verib, xoş münasibətini "Əzəmətli, vüqarlı qadın” zarisovkasında bildirib. Əslində məni də ruhlandıran, Natella xanım haqqında bu tezliklə yazmağa vadar dən Hikmət qardaşımın həmin yazısı oldu.Bu bir ruh yazısıdır.Hikmətin sözləri ilə desək, O (yəni Natella Asena), JURNALİSTİKADA BİR MOTİVASİYA MƏNBƏYİDİR. KİMƏSƏ MƏNFİ RƏY VERMİR, ÜMİD VƏ INAMINI QIRMIR. HƏTTA ƏN BACARIQSIZ ADAMLA BELƏ ŞÜURALTI DAVRANIR, ONDA BİR İNAM FORMALAŞDIRIR.


MÜMKÜN QƏDƏR SƏBİRLİDİR.YAXŞI BİLİR Kİ, QƏMLİ NOTLARLA YALNIZ İSTERİKA YARATMAQ OLAR, KƏNARDAKINA ÜMİD VERMƏK OLMAZ. 


Və fürsətdən istifadə edib "Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimovaya da təşəkkürümü bildirirəm.Həmişə olduğu kimi, öz səxavətini həmkarlarından əsirgəməyib, qəzetin səhifəsini həmkarlarının üzünə açıb, burada söz deməyə, "ürək boşaltmağa” şərait yaradıb.

 

"YAXŞI ADAM OLMAQ DAĞ BAŞINDA, TUFAN QARŞISINDA ƏLİNDƏ TOP SAXLAMAQ KİMİDİR”

 

Çox gözəl bir söz var: hirslə qalxan peşmanlıqla oturar. Ona görə də ən azı bu iki məsələni gündəlik həyatına tətbiq edən N.Asena artıq özünütərbiyə prosesinin çox mühüm bir mərhələsini keçib.Bəzi filosoflar deyirlər ki, yaxşılıq etməkdən yorulmamaq, qarşılaşdığı pislikləri unutmaq üçün insan hər gününü bir ömür kimi yaşamalıdır.Buna görə də hər səhər yenidən doğulurmuş kimi yatağından qalxmalı, hər axşam məzara girirmiş kimi yerinə girməlidir.Biz məsələni bu qədər fəlsəfi bir müstəviyə daşımaq istəməsək də, onu vurğulamaq istəyirik ki, tərbiyə insan həyatında həlledici amildir, xüsusilə də özünütərbiyə. Üstəlik, bu da bir həqiqətdir ki, özünü tərbiyə edə bilən insan başqalarını daha asan tərbiyə edə bilər...
Hər gün yaxşı adam kimi günə başlamağı və yaxşı adam kimi günü başa vurmağı qarşısına məqsəd qoyan, bu prinsipləri gündəlik vəzifə hesab edən Natella Asena özünün prinsipiallığı, qətiyyəti və ədaləti ilə bu sahədə daim nümunə olmağa çalışıb. Onun sözləridir: "Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək”. Bəli, həyat dediyimiz şey budur.Heç kəs büdrəməkdən, yıxılmaqdan sığortalanmayıb.Ona görə də bu dünya son ana qədər mübarizədir. İstəsək də, istəməsək də... Belə şərəfli mübarizənin önündə gedənlərdən biri də Natella Asenadır.
Yaxşı insan hər kəs üçün nemətdir." Onsuz da, gözəl əxlaqlıdır, hər zaman yaxşı davranar” deyərək bu cür insanların xoş niyyətlərindən sui-istifadə etmək Quran əxlaqına və vicdana uyğun deyil!..
Natella Asena nümunəvi ailə başçısıdır. 1990-cı ilin Yanvarında ömür-gün yoldaşını itirən bu xanım o gündən ailənin məsuliyyətini, yükünü öz üzərinə götürdü, "Mənim ailəm şərəfimdir!” deyən Natella Asena ailəsini qorudu, uşaqlarını da gözütox böyütdü, onlara xaricdə təhsil verdi, bütün qayğılarını özü həll etdi. Bu gün həmin övladlar özlərinin yaxşı işləri ilə Natella xanıma başucalığı gətirir, ona qürur, fəxarət hissi bəxş edirlər.

 

Azərbaycan tarixinin açılmamış qatlarına maraq göstərən N.Asena özünün soy-kökünü çox sevir, nəslinə qəlbən bağlıdır.Təbiətin qoynunda olmağı, səyahəti çox sevir. Bir də görürsən ki, səhər iş yerində gördüyün Natella xanımın səsi İsmayıllıdan gəlir. İsmayıllı demişkən, burada xalamın evi var. Hər il yay məzuniyyəti vaxtı xalam Şölə Zərgəran kəndində dincəlməyə gedəndə dayaq olmaq üçün Natella xanım da gedir, istər evin içində, istər həyətə abadlıq işlərinin görülməsində böyük köməklik göstərir. Xalam onun bu qayğısını, yaxşılığını heç vaxt unutmur.Hər dəfə söz düşəndə deyir ki, Natella 100 kişiyə bərabər bir xanımdır. O deyir ki, Şölə xanımın rəhmətlik anası Zəkiyyə xanım vaxtilə Bakıda oxuyan qardaşlarına arxa-dayaq olub. Vaxtilə Zəkiyyə xanım qardaşlarına analıq edib, doğma balaları kimi qayğılarına qalıb.Onun bişirdiyi xörəklərin ətrindən, dadından doymaq olmurdu. Bir dəfə xalamgildə olanda gördüm ki, qurutduğu müxtəlif müalicəvi otlardan ibarət 5-6 torbanı (50 kiloqramlıq un torbası) həyətin bir yerində saxlayıb. Maraqlananda bildirdi ki, tanımadığı adamlardan almaqdansa, özü qurudub istifadə edəcək, dostlarına da pay verəcək. Alça, böyürtkən mürəbbələrinə, hazırladığı tut bəkməzinə isə söz ola bilməz. Bir də görürsən ki, əlində mala uçuq-sökük yerləri bərpa etməklə, əlində fırça haranısa rəngləməklə məşğuldur.Yaxud məişət texnikalarını təmir edir.Bu universiallıq hər xanımda olmadığı üçün bunu açıq qabartdım.Bir sözlə, Natella Asenaya "Universal xanım” da demk olar.

 

NATELLA ASENA EQOİZMDƏN, TƏKƏBBÜRDƏN, ƏDADAN, FORSDAN ÇOX UZAQDA DAYANMIŞ XANIMDIR

 

Bəzi insanların ətraflarında olan bu insanlara qarşı belə zalım mövqedə olmaları dünyanın hər yerində mövcud olan yanlış bir düşüncədir.Qarşı tərəf nə qədər təvazökar, nə qədər xoş niyyətli, əfvedici, güzəştə gedən və səbirli əxlaq göstərirsə, bu insanlar da onların bu xüsusiyyətlərindən o qədər çox istifadə edirlər.Onların yaxşı niyyətlərinin əvəzinə təkəbbürlü, yüksəkdən baxan, böyüklənən və qarşı tərəfi xor görən bir əxlaq göstərirlər.
Ancaq təəccüblüdür ki, həmin insanlar bu yanlış düşüncələrinin əksinə, özlərinə pis davranan, təkəbbürlü, qürurlu, tərs, zalım, ədalətsiz və qəzəbli şəxslərə qarşı isə səssiz, təslimiyyətli və hörmətcil olurlar.Bu insanlara qarşı ən kiçik bir qüsur etməkdən çox çəkinir, belə bir vəziyyətin olmaması üçün əllərindən gələni edirlər.Demək olar ki, bu insanların bir dediklərini iki etmir, gücləri çatdığı qədər onların gözünə girməyə çalışırlar.Özlərinə nümunə götürdükləri insanlar da elə qarşılarında hörmətlə əyildikləri təkəbbürlü insanlar olur.Amma nə yaxşı ki, bu yazımın müəllifi Natella Asena eqoizmdən, təkəbbürdən, ədadan, forsdan çox uzaqda dayanmış xanımdır.Nə yaxşı ki, onu tanımışam, onunla yoldaşlıq etmişəm, yaradıcılığını izləmək mənə nəsib olub. Özüm bu xarakterlərdən uzaq olduğum üçün bu tip insanlarla da yaxınlığım olmayıb. 
O, xoş niyyətli, məzlum, təvazökar, gözəl xasiyyətlidir, yaradıcılıq əlaqəsində olduğu hər kəslə istədiyi bir şey edilmədiyində belə, mülayim davranır, həddindən artıq reaksiya vermir, mövcud vəziyyəti idarə edə bilir. Xoşluqla, təmkinlə qarşılıq verir. İstədiyi bir iş başdansovdu edildiyi zaman da mərhəmətli davranır, qarşı tərəfi incitməyir, mövzunun əhəmiyyətlilik dərəcəsinə baxır. Hətta özünə hörmət edilmədiyi zaman da səbirli davranmağı bacarır. O yanında hər zaman etibarlı, sadiq, dürüst, doğru danışan, xoş niyyətli, səmimi, mənfəət ardınca düşməyən, gözəl əxlaqlı insanları axtarıb...

 

Və sonluq. Hə, 65 il əvvəl insan dünyaya gəldi,Günəş kimi parlamağa başladı. O öz parıltısı ilə insanı həvəsləndirdi. Günəş kimi təsəvvür etdiyimiz bu insan istəyirdi ki, yer üzündə həyat coşub çağlasın.Buna görə lap yuxarı qalxıb daha da parıldadı.İnsan Günəşin bu mehribanlığından daha da sevindi və torpağı əkib-becərməyə başladı.Bu İnsan əkdiyi torpaqlarda müxtəlif bitkilərlə yanaşı, lalələrin də bitdiyini gördü.Sən demə, Günəş bununla demək istəyirdi ki, sənin zəhmətinlə yerdə balaca günəşlər yanır.Bax, insan bu zaman daha yeni bir qüvvə ilə işlədi. O, sübhdən gedir, gecədən xeyli keçmiş qayıdırdı. İnsan gördü ki, onun yolunun üstündə atəşböcəkləri uçuşur.Onlar balaca qanadlarından yola işıq salır ki, insan hər yeri görə bilsin.Bax, bu zaman insan Günəşin göndərdiyi bu balaca böcəklərə və Günəşə dərindən minnətdar oldu və gecələr yоlları işıqlandırmaq haqqında düşündü.Ancaq bunu necə etmək olardı? İnsan Günəş ola bilməzdi ki... Sən demə, insanların hər biri balaca bir Günəş imiş. Natella Asena da o Günəşlərdən biri imiş!..Siz bir fikir verin,hər kəs sağlam vaxtında özündən 36 dərəcə istilik buraxır. Deməli,insan da Günəş kimi yanır. Bircə fərqi var ki, onun işığı ilk baxışda görünmür... Sizin kimi!..

Bu gün sənin 65 yaşın tamam olur.Deyirlər qadının yaşını deməzlər, göstərməzlər. Amma mənim dediyim bu xanım bu yaşa nə özü inanır, nə də biz...
Bununla yanaşı, yaxşı olan, gözəl əxlaq nümayiş etdirən bir insan, Allah'ın Quranda bildirdiyi kimi, hər zaman mütləq yaxşılıqla, gözəlliklə və hətta bunların daha çoxu ilə qarşılıq görəcək.Hamısından vacibi isə Allah'ın rəhməti onun üzərində olacaq, həyatının hər anında Rəbbimizin qoruması, şəfqəti altında yaşayacaq.

Və lap sonda.Bugünkü qəhrəmanım, yubilyarım haqqında çox yazmaq olar.Təbii ki, onun haqqında nə qədər yazılsa da, azdır. Təkcə onu deyə bilərəm ki, 65 illik ömrünün az qala 40 ilini sevib-seçdiyi sahəyə həsr edən, bu peşəni sevən, sevdirən Natella xanıma ürəyində qalan arzusuna çatmağı, həyatda edə bilmədiklərini, istədiklərini əldə etməyi arzulayırıq. İstərdik ki, bu sahədəki zəhməti, işgüzarlığı, zəhmətsevərliyi, çalışqanlığı müqabilində haqqını alsın.Qoy haqq, ədalət zəfər çalsın!


Daşdəmir ƏJDƏROĞLU
P.s. Bu təbrikə "Sözçü" qəzetinin yaradıcı kollektivi, jurnalist Rizvan Hüseynov, Şair-publisist Sədiyar Cahangiroğlu, Sərtib İslamoğlu, Şamo Nərimanoğlu, jurnalist Cahan xanım, professor Nəsir Əhmədli, əməkdar jurnalist Şəmsiyyə Kərimova  və "Zəfər Qalası" qəzetinin ərsəyə gəlməsində böyük xidməti olan Elşad Fərmanoğlu da qoşulur. 


Oxşar Xəbərlər

Xəbər lenti