17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
İranın yeni dini lideri Müctəba Xamenei fevralın 28-də baş verən hava hücumu zamanı yaralanıb.
"Türkiye Gazetesi" xəbər verir ki, bu barədə İranın Cənubi Kiprdəki səfiri Alireza Salarian məlumat verib.
Salarian bildirib ki, Xameneinin yaşadığı evə edilən bombardman nəticəsində bina tamamilə dağılıb və onun sağ qalması böyük şans hesab olunur. Diplomatın sözlərinə görə, Müctəba Xamenei həmin vaxt hadisə yerində olub və hücum zamanı yaralanıb.
O qeyd edib ki, Xamenei ayaqlarından, əlindən və qolundan xəsarət alıb və hazırda yaralı olduğu üçün xəstəxanada müalicə olunur. Salarian əlavə edib ki, yeni dini lider atasının ölümündən sonra hələ də ictimaiyyət qarşısına çıxmayıb və hər hansı açıqlama verməyib.
“Onun danışacaq vəziyyətdə olduğunu düşünmürəm”, – deyə səfir bildirib.
Qeyd edəl ki, həmin hücumda onun atası, İranın keçmiş ali dini lideri Əli Xamanei də daxil olmaqla ailənin altı üzvü həyatını itirib.