İlham Əliyev və xanımı Xocavənddədir


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Sozcu.info xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.

Dövlət başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.



Oxşar Xəbərlər

Xəbər lenti