Elşən Musayev Prezident Administrasiyasında qəbul edilib


Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev mayın 22-də Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının Mətbuat Xidmətindən Sozcu.infi-ya verilən məlumata görə, görüş zamanı partiyanın ölkənin ictimai-siyasi həyatında iştirakı, parlamentdə fəaliyyəti və gələcək siyasi fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən yeni siyasi konfiqurasiyanın siyasi plüralizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Görüşdə “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulundan sonra partiyalar üçün yaradılmış fəaliyyət imkanları da yüksək qiymətləndirilib. Tərəflər yeni qanunun siyasi partiyaların və bütövlükdə ölkənin siyasi sisteminin inkişafına ciddi təkan verdiyini bildiriblər.

Müzakirələr zamanı ölkədə keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində dünyanın aparıcı şəhərsalma və urbanizasiya mütəxəssislərinin Azərbaycana səfərinin önəmi vurğulanıb. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi müasir şəhərsalma layihələrinin beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənildiyi qeyd olunub.

Görüşdə həmçinin Azərbaycanın milli maraqlara əsaslanan uğurlu xarici siyasəti, regionun və Avropanın enerji təhlükəsizliyində artan rolu, ölkəyə qarşı aparılan qərəzli siyasi kampaniyalara verilən adekvat cavablar və digər məsələlər dövlətin gücünün göstəricisi kimi dəyərləndirilib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti