Bu küçədə sərnişin mindirib-düşürənlər CƏRİMƏLƏNMƏYƏCƏK


Həsən Əliyev küçəsində mövcud küçə parklanma yerinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Sozcu.infi-ya bildirilib ki, ərazidə “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılmaqla minib-düşmə yeri təşkil olunub.

Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Bu küçədə sərnişin mindirib-düşürənlər CƏRİMƏLƏNMƏYƏCƏK



Oxşar Xəbərlər

Xəbər lenti