8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mədəniyyət naziri Əbülfəs Qarayevin xalq artisti Fuad Poladovun ölümü ilə bağlı başsağlığı verməməsi, həmçinin, onun dəfninə qatılması cəmiyyətdə ciddi tənqidə məruz qalıb.
Bir neçə gündür ki, sosial şəbəkələrdə Əbülfəs Qarayevə sərt ittihamlar səsləndirilir.
Bəs görəsən, nazirin özü bu barədə nə düşünür?
Sozcu.info xəbər verir ki, Gununsesi.info-nun əməkdaşı hörmətli nazirə telefon açaraq, onun mövqeyini soruşub.
Əbülfəs Qarayevlə sözügedən saytın əməkdaşının dialoqunu olduğu kimi təqdim edirik:
– Əbülfəs müəllim, salam. Sİzi Gununsesi.info xəbər saytından narahat edirik.
– Salam. Buyurun eşidirəm…
– Cənab nazir, Fuad Poladovun ölümü ilə bağlı başsağlığı verməməyiniz, habelə, dəfn mərasiminə qatılmamağınız ciddi tənqidlərə səbəb olub. Bu tənqidləri qəbul edirsinizmi?
– Bir anlıq fikrə gedir (red.)… Mən, Əbülfəs müəllimin sürücüsüyəm. Təəssüf ki, sizin suala cavab verə bilməyəcəm.
Jurnalistin nazirlə qısa dialoqundan bir neçə dəqiqə sonra nazirliyin sözçüsü Vüqar Şıxməmmədov redaksiyaya telefon açıb.
Şıxməmmədov bildirib ki, nazirliyin rəsmi orqanı olan "Mədəniyyət” qəzetində Fuad Poladovun ölümü ilə bağlı başsağlığı dərc ediləcək: "Dəfn mərasimində iştirak məsələsinə gəlincə, nazirliyin incəsənət şöbəsinin müdiri və mən bu tədbirə qatılmışıq”.