"Qaçqınkom”un iki departamentinə yeni direktor təyin edildi - RÖVŞƏN RZAYEVDƏN ƏMR

"Qaçqınkom”un iki departamentinə yeni direktor təyin edildi - RÖVŞƏN RZAYEVDƏN ƏMR

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

Sozcu.info  "Report”a istinadən xəbər verir ki, bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

Əmrə əsasən, Rasim Tağızadə qurumun Mənzil İstismar Departametinin direktoru, Natiq Hüseynov Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Komitəsinin Mənzil İstismar Departametinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.

Bundan başqa, mayın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru Elçin Qədimov da işdən çıxarılıb. Həmin departamentin direktoru vəzifəsinə İbrahim Mirzəyev təyin olunub.

Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.



Oxşar Xəbərlər

Xəbər lenti