Kosmetoloq birini “öldürdü”, jurnalisti isə qaynatası və ailə üzvləri ilə şantaj etdi – FOTO

Kosmetoloq birini “öldürdü”, jurnalisti isə qaynatası və ailə üzvləri ilə şantaj etdi – FOTO

 

Son vaxtlar adı qalmaqallarda hallanan kosmetoloq Elnarə Rzayeva  bu dəfə  özünə məxsus olan İnstaqram səhifəsində insanlar barəsində böhtan yaymaqda günahlandırılır.Sozcu.info-la əlaqə saxlayan vətəndaş Sevda Nəcəfova bildirib ki, bir müddət əvvəl onunla Elnarə Rzayeva arasında qalmaqal yaşanıb: "Buna səbəb onunla mənim aramda olan iş birliyindən yaranan narazılıq oldu. Bu məsələdə də təqsirkar Elnarə olub.  Bundan sonra o, özünə məxsus olan İnstaqram səhifəsində mənim müxtəlif adlarla aşağılamağa, təhqir etməyə başladı. Gah mənə şantajist, gah da oğru dedi. Ən dəhşətli hadisə isə iki gün əvvəl yaşandı. Elnarə Rzayeva  metroda şortik geyindiyi üçün tənqid edilən xanımın əvəzinə mənim şəkilimi paylaşaraq , intihar etdiyimi yazıb. Bundan sonra mənim bütün qohumlarım, yaxınlarım narahatlıq keçirdi. Mən həmin xəbəri tirajlayan xəbər saytlarına bir-bir zəng vurub məsələni izah etməyə məcbur olmuşam”. Kosmetoloq tərəfindən şəkli paylaşılaraq ölüm xəbəri yayılan S.Nəcəfova deyib ki, E.Rzayevanın onun haqqında yalan məlumat yaydığı üçün polisə müraciət edib: "Videosu yayılan şortikli qızla heç bir oxşarlığım olmasa da, Elnarə Rzayeva həmin şəxs olduğumu bildirib və intihar etdiyimi qeyd edib. Halbuki o qızı heç tanımıram da. Fotoma diqqətlə baxsanız, görərsiniz ki, heç bir oxşarlıq yoxdur”.

Qeyd edək ki,  Elnarə Rzayevanın virtual fəaliyyətində narazı qlanlardan biri də jurnalist, Criminal.az saytının baş redaktoru Anar Məmmədovdur. Jurnalist Sozcu.info -ın əməkdaşı ilə söhbətində bildirib ki, Elnarə Rzayeva müxtəlif təzyiq vasitələrinə əl atmaqla onun jurnalist fəaliyyətinə maneəçilik törətməyə çalışır: "Mənim onunla heç bir qəsdi-qərəzim yoxdur. Sadəcə, onunla bağlı edilən şikayətləri işıqlandırmışam. Bundan sonra Elnarə Rzayeva ən çirkin metodları işə salıb. Mənim azyaşlı qızımın şəkilini paylaşıb, təhqirlər yazdı. Sonra keçirdiyi mətbuat konfransında dedi ki, güya mən onunla sevgili olmağa can atmışam.  Bütün bu vasitələr işinə yaramadığı səbəbindən, indi də mənim ailə üzvlərimin şəkillərini paylaşıb təhqirlər yazır. Amma bilsin ki, bu cür çirkin üsullarla məni yolumdan döndərə bilməyəcək. Artıq mən onunla bağlı hüquqi prosedurların başlanması ilə bağlı şikayət etməyə məcburam”.

Səslənən fikirlərlə bağlı Elnarə Rzayevanın da mövqeyini dinləməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti