8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Strateq.az-ın verdiyi xəbərə görə, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politloq Elxan Şahinoğlu bildirib. Ekspertin sözlərinə görə, əvvala Ərdoğan Qarabağ məsələsində Türkiyənini mümkün rolundan danışacaq: "Məsələ burasındadır ki, Ərdoğan bu məsələni yenidən Rusiya prezidenti Vladimir Putinin qarşısında qaldırmaq istəyir və ona görə də Bakıdan təkliflər gözləyir. Yəni bu iş Bakı ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Bu, rəsmi Bakının da maraqlarına cavab verir. Onsuz da rəsmi Bakı Kremli münaqişənin ədalətli həllinə cəlb etmək istəyir və Ərdoğanın əlavə fəallığı ancaq işin xeyrinə ola bilər. Bir şərtlə ki, Putin həm Bakını, həm də Ankaranı eşitməyə hazır olsun”.
Elxan Şahinoğlu ikinci məsələnin enerji ilə bağlı olduğunu deyir: "Ərdoğan Xəzərin statusunun avqustda Qazaxıstanda keçiriləcək zirvə toplantısında müəyyənləşəcəyini əlində rəhbər tutaraq Transxərəz boru xəttinin tikintisini sürətləndirmək istəyir ki, Türkmənistan qazı Xəzərin dibi ilə əvvəlcə Azərbaycana, buradan isə Türkiyəyə nəql olunsun. Ərdoğanın Bakıda müzakirə edəcəyi ikinci əsas mövzu Transxəzər boru xəttinin perspektivi olacaq. Ankara bu məsələni də ləngitmək istəmir”.