“Bu hadisə ölkə başçısının iqtisadi siyasətinə xəyanət idi” - Deputat günahkarlara cəza İSTƏYİR

“Bu hadisə ölkə başçısının iqtisadi siyasətinə xəyanət idi” - Deputat günahkarlara cəza İSTƏYİR

 

"Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin iclasında  geniş xarakterli və ölkənin iqtisad-sosial sahələrinin bütün tərəflərini özündə etiva edən fikirlər səsləndirib. Bu fikirlərdə əvvəlki inkişafın məntiqinə uyğun olaraq son 6 ayda da Azərbaycanın inkişafında əldə edilən uğurlar üzərində konkret rəqəmlərlə ətraflı dayandı və inkişafın ayrı-ayrı tərəflərini diqqətə çatdırdı.  Ölkə başçısının aparmış olduğu uğurlu islahatlar nəticəsində Azərbaycan dünya miqyasında inkişaf baxımından diqqəti cəlb edən ölkələrdən birinə çevrilib.  İki faktı demək kifayətdir : Azərbaycan inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Eyni zamanda ölkəmiz ayrı-ayrı sahələrdə Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, əhəmiyyətli yerlərdən birini tutur. Bu artıq inkişafımızın səviyyəsini ortaya qoyan konkret amillərdir”.

Bunu Sozcu.info -a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin iclasındakı yekun çıxışı zamanı qeyd etdiyi məsələlərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Prezidentin çıxışında diqqəti cəlb edən digər məqamlardan biri məmur məsuliyyətinin artması və bu məsuliyyətin onun fəaliyyətində yer tutmasının önəmi ilə bağlı oldu. 

"Bir neçə gün bundan öncə "Azərenerji”nin  günahı ucbatından ölkənin qaranlığa qərq olunması ilə bağlı Prezidentin keçirmiş olduğu müşavirədə dediyi sərt  fikirlər bir daha təkrarlandı. Deyilən fikirlərdən çıxarılan nəticə belə bir fikir deməyə əsas verir ki, ölkə prezidenti bu cür nöqsanlara, məsuliyyətsizliyə, cinayətə güzəşt etməyəcək. Əlbəttə, nöqsan varsa aradan qalxmalıdır. Ancaq cinayət varsa, mütləq cəza olmalıdır. Və "Azərenerji”nin günahı ucbatından baş vermiş hadisə ölkə başçısının uzun illərdən bəri həyata keçirdiyi iqtisadi siyasətə tamamilə ziddir. Hətta mən deyərdim ki, bu xəttə xəyanətdən başqa bir şey deyil. Ona görə bu məsələnin önə çəkilməsi əlbəttə təsadüfi deyil. Hər kəs nəticə çıxarmalıdır. Məmur məsuliyyətli, peşəkar olmalıdır. Kim bu məsuliyyətdən, peşəkarlıqdan uzaqdırsa, ölkə prezidentinin söylədiyi kimi, o, heç bir zaman komandada yer almayacaq. Mən istisna etmirəm ki, onlar haqqında da cinayət işi  açılacaq”.

 
F.Ağamalı deyib ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. 

 

"Bu, ölkə prezidentinin islahatları daha da dərinləşdirmək  və bütün sahələrdə şəffaflığı təmin etmək, korrupsiyaya qarşı kəskin mübarizə aparmaq, vətəndaşlara qarşı diqqət və qayğını yüksəltmək, Azərbaycanı tezliklə dünyanın inkişaf etməkdə deyil, inkişaf etmiş ölkələi sırasına çıxarmaqdır. Ona görə də məmurlar onlara verilmiş olan səlahiyyətlərdən sui-istifadə etməli deyillər. Xalqa xidmət etməkdən şərəfli heç nə ola bilməz. Bu şərəf hər kəsə qismət olmur. Ona görə də yüksək səviyyəli məmurlar, Azərbaycan xalqı ilə işləyən məmurlar bu şərəfin məsuliyyətini hər zaman dərk etməlidir.  Bunu unutmaq olmaz. Unudanlar ölkə başçısının sərt iradəsi və Azərbaycan qanunlarının bütün şərtlərilə cəzalandırılacaqlar”.   


Deputat qeyd edib ki, müvafiq qurumlar ölkə başçısının qanunsuz tikililərlə bağlı səsləndirdiyi fikirlərindən nəticə çıxarmalıdır.

"Tamah ucbatından Bakı və digər böyük şəhərlərdə insanların dincəldiyi, uşaqların oyun yerlərinin tikinti meydançalarına çevrilməsi yolverilməzdir.  Görünür ki, ölkə başçısı qanunsuz tikililərlə bağlı gizli məlumatlara malikdir. Xalqın istirahəti, narahatlığının pozulması üzərində biznes qurulmalı deyil.  Ev tikmək lazımdır.  Buna ehtiyac da var. Amma qanuni surətdə. Bir də ev tikən zaman Bakının mərkəzində ev tikmək lazım deyil. Bakının kənarında ev tikmək lazımdır. Hesab edirəm ki, ölkə başçısı çox haqlı olaraq qanunsuz tikililərin üzərində dayandı”.

 

F.Ağamalı deyib ki, bütün sahələrdə özünü göstərən nöqsanlar, səhvlər, məsuliyyətsizlik və cinayətlər Nazirlər Kabinetinin 6 aylıq hesabatı zamanı ölkə başçısının dilindən səsləndirildi:

"Xəbərdarlıqlar edilib. Mən əminəm ki, bu xəbərdarlıqdan hər kəs özü üçün nəticə çıxaracaq. Səlahiyyətli orqanlar nöqsanların aradan qaldırılması istiqamətində öz addımlarını atacaq. Yəqin ki, biz ölkə başçısının bu çağırışlarının qısa zaman kəsiyində konkret nəıticələrini görəcəyik”.



Oxşar Xəbərlər

Xəbər lenti