8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
O, indiyə kimi bircə dəfə də olsun təmsil etdiyi komanda ilə birlikdə FETÖ-ya "hizmət” etmədiyi barəsində rəsmi açıqlama verməyib...
Beynəlxalq birlikdə SOCAR adlanan ARDNŞ-in rəhbərliyinin və eləcə də dünyanın bir çox ölkələrindəki nümayəndəliklərinin fətullahçı-"nurçu” cameəsindən ibarət olması barəsində 2016-cı ildən üzü bu yana ölkə və xarici KİV-lərdə çoxsaylı informaisya və araşdırma yazıları dərc olunsa da, bircə dəfə də olsun qurumun prezidenti Rövnəq Abdullayev bunlara nə reaksiya, nə də təkzib verib. Elə bu faktın özü isbat edir ki, qatı antitürk qafası ilə yüklənmiş fətullahçı-"nurçu” çete Azərbaycanın təbii sərvətlərinə sahib çıxmaqla əldə etdiyi milyonlarla qazancı beynəlxalq terrorizmə istiqamətləndirir. Çünki İraq, Suriya, Türkiyə, Azərbaycan Respublikası və Güney Azərbaycanı təhdid edən kürd PKK terrorizminin arxa baxçası fətullahçı-"nurçu” ideologiyasıdır.
İdeologiya və təriqətin terrorizmdə yeri
Tarixin son 100 ilində din pərdəsi altında yaranmış təriqət və məzhəblər öz mövqelərini qorumaq, yüklənmiş olduqları ideyalarının coğrafi sərhədlərini genişləndirmək üçün bir sıra terror şəbəkələri yaratmışlar. Bu barədə azından 10 min cild kitab dərc etmək olar. Ötən əsrin əvvəllərində kürd kökənli Səidi Kürsi (sonradan dönüb Səidi Nursi olub) "Risaleyi nur” adlı əsərini yazdıqdan sonra, 650 illik ömrü olan və dağılan qosqocaman Osmanlı dövlətinin yerində Türkiyə Cümhuriyyətinin yaradılmasına qarşı kürdlərin etnik separatizminə söykəmli genişmiqyaslı terror hərəkatını başlatdı. Beləliklə indiki İraq, Suriya və İran adlı ölkələrin ərazilərində Anadolu Türklərinin halal tarixi torpaqlarının Türkiyə Cümhuriyyətinə birləşdirilməsinin qarşısı alındı. Çünki, Səidi Kürsinin və onun lideri olduğu nurçuluq hərəkatının arxasında duran beynəlxalq imperializm onları buna təşviq edirdi. Ona görə də neft və qazla zəngin türkman torpaqları ərəblərin nəzarətində qaldı. Ötən əsrin 70-ci illərində PKK və digər kürd terrorizmi keçmiş Sovet İttifaqının tam nəzarətində idisə, 1991-ci ildən üzü bu yana dünya nurçuları hərəkatının lideri Fətullah Gülən tərəfindən idarə olunmağa başladı. Çünki, qlobalizm adı altında "Gülən Hərəkatı” Orta Doğuda və Qafqazda etnik münaqişələr adı altında neft və qaz, eləcə də silah və narkotik maddələrin ixracatından milyardlarla gəlir əldə edərək bütün bunları antitürk məcrasına yönəltməyə başlamışdılar. "Nurçular”ın dünyanın dörd bir bucağında açdıqları təhsil mərkəzləri də məhz onlara itaət edən kadrların yetişdirilməsi məqsədinə "hizmət” edirdi. Bizim uzun illərdir apardığımız müşahidələrə görə, Türkiyədə və Azərbaycanda fətullahçı-"nurçu” cameəni təmsil edən bir nəfər də olsun terrorizmə, ermənilərin işğalçı siyasətinə qarşı çıxdığını açıq şəkildə bəyan etməyib. Çünki, bu cərəyanın silahlı dillə danışan dili PKK-PYD-YPG-KDP terror təşkilatlarıdır. Bu beynəlxalq terror təşkilatlarının başında duranların əksəriyyəti ermənilərdən ibarətdir. Türkiyə Böyük Millət Məclisinin deputatı, "Türk Tarih Kurumu” keçmiş sədri, professor Yusuf Halacoğlu dəfələrlə açıq şəkildə bildirib ki: "Əlimdə olan dəqiq bilgilərlə bildirmək istəyirəm ki, PKK-nın bütün liderləri erməni kökənlidirlər. Abdulla Öcalanın əsil adı Artin Akopyandır. PKK-nın rəhbərliyində təmsil olunan Emine Ayna, Bülent Bakır, Orhan Bakır, Meryem Tabaş, Yusuf Cihangir, Mehmet Güzel, Metin Gümüş, Sidar Şimşek, Mehmet Sami, Özgür Erbil, Kutbettin Akşula, Barış Başak, Abdülaziz Özdemir, Mehmet Öztunc, Ersin Sefil, haci İçer, Dilaver Öncü, Edip Yıldız, Haşim Benek, Mahmut Hakkı, İzzettin Kalayçı, Mehmet Cantekin, Maruf Altun, Zeki Şaşmaz və digər onlarla şəxslərin adlarını çəkə bilərəm. PKK-nın Livanda ermənilərin "Asala” terror təşkilatı ilə 1974-cü ildə bağladığı birgə mübarizə anlaşmasının arxasında məhz bu işbirliyi dayanıbdır”.
Qafası yuyulmuş nurçular 1992-ci ildən Azərbaycana ayaq açan "nurçular”ın lideri Fətullah Gülən dərhal burada orta məktəblərin açılması strategiyasını həyata keçirdi. Beləliklə də çox qısa bir zaman içində 35 orta məktəb açdı. Bu proses keçmiş təhsil naziri Misir Mərdanovun himayəsi altında baş tutdu. Hər məktəbdə orta hesabla 350 şagird təhsil alırdı. Beləliklə də Azərbaycanda ildə 12 min 250 nəfər şagirdin nurçuluq adı altında qafasının yuyulması prosesi davam etdi. Belə bir təhsil siyasəti 20 il ərzində yaşanıldı. Nurçu cameə elə bir həyasız və Allahsız siyasət yürüdürdü ki, çox-çox sonralar bunu etiraf etmək zorunda qaldılar. Bir yandan hər bir şagirddən illik təhsil adı altında 3 min dollar alınırdı, o biri yandan isə Azərbaycan Türklüyünə qarşı kadrlar hazırlanırdı. Dəhşət saçan siyasət də bundan ibarət idi. Hətta bu şagirdlərin içindən istedadı ilə seçilənləri xarici dövlətlərdəki ən bahalı universitetlərdə oxudurdular. "FETÖ Ordusu” termini bu ideyadan doğmuşdu. Fətullahçı-"nurçu” cameənin erməni sevgisinin gizlinlərində duran mövzulardan biri də Ermənistana olan gizli aşiqlikdir. Ona görə də, bu ideologiyaya tapınanlar ARDNŞ-in rəhbərliyinə dürtülərək Gürcüstanda erməni kilsələrinin qış mövsümündə qorunması üçün Azərbaycanın təbii qazı ilə təchiz etməyi öz üzərinə götürübdür. Hətta ARDNŞ-in prezidenti Rövnəq Abdullayev şəxsən bütün bunları özünün rəsmi açıqlamalarında qeyd etməyi də unutmayıb. ARDNŞ-ə dürtülmüş fətullahçı "Hizmet” hərəkatının üzvlərindən Sadəddin Qorqud (Petkim şirkətinin keçmiş baş direktoru və FETÖ-nun neft-qaz sektorundakı sağ əli), ARDNŞ-in Türkiyə üzrə baş təmsilçisi İlqar Məmmədoğlu, insan resursları şöbəsinin müdiri Raqif Fərəcov, FETÖ-nun şəxsi həkiminin kürəkəni və ARDNŞ-in Türkiyədəki nümayəndəliyinin baş hüquq müşaviri Fatih Yigit, "Petkim” şirkəti direktorlar şurasının rəhbəri Vaqif Əliyev, ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov, Azərbaycandakı FETO şəbəkəsi kimi tanınan "Çağ Öyrətim” şirkətinin ARDNŞ-in himayəsinə keçməsi ideyasının müəllifi Samir Kərimli, ARDNŞ-in xarici investisiya idarəsinin rəisi Vaqif Əliyev, ARDNŞ-in əsas strukturlarından biri olan "Bakı Ali Neft Məktəbi”nin rektoru Elmar Qasımov və digər onlarla sayda mühüm strateji vəzifələri tutan şəxslər barəsində həm Türkiyə, həm də Azərbaycan KİV-lərində tutarlı dəlillərə əsaslanan araşdırmalar və informasiyaların getməsinə baxmayaraq, ARDNŞ rəhbərliyi hər zaman bütün bunları "susqunluq”la qarşılayıb. Bu gün Azərbaycanda "Hədəf” kursları, digər adlar altında fəaliyyətini davam etdirən FETÖ şəbəkəsinin əsas vəzifəsi ölkənin ən strateji sahələrində kadrlarını yerləşdirmək siyasətidir. Bununla da həmin kadrların sayəsində "PKK-erməni işbirliyi” hədəflərini daha da inkişaf etdirilir. Çünki qafası yuyulmuşlar artıq cəmiyyətdə amöb statusu ilə və "FETÖ Ordusu”nun üzvləri sayılırlar. Onlar üçün komfortlu iş şəraitinin yaradılması ideyasının arxasında bu planlar dayanır. Azərbaycanın təbii sərvətləri hesabına daha da zəngin olmaq və əldə etdikləri gəlirləri "PKK-erməni” terroruna yönəltmək. Gürcüstanda erməni kilsələrinə yanacaq qazının verilməsinin arxasında da bu hədəflər dayanır. Bu addımı hər hansı bir "humanizm” pərdəsinə bürümək də tamamilə yalnışdır. Ona görə ki, elə həmin kilsələr bir yandan gürcülərə, o biri yandan da azərbaycanlılara qarşı daim təbliğatlar aparırlar. Bu niyyətləri başa düşmək üçün məşhur gürcü armenoloq alimləri qismində Bondo Arveladze, Feliks Çerçvadze, Zaza Aleksidze, İvane Cavaxaşvili, Akaki Qasviani, Aleksandr Şanidze, Mixail Lordkpianidze, İlya Abuladze, Gerogi Kiladze, Şota Tetvadze, Quram Marxuliya və digərləri öz elmi əsərlərində bu faktları dönə-dönə qeyd etmişlər. PKK-nın lideri, terrorbaşı Abdulla Öcalan məhkəməsində ona görə açıq şəkildə bildirirdi ki: "PKK-nın ən güclü dayaqları Azərbaycandadır”.
FETÖ-"nurçu” cameəsinin bu günkü strategiyası
ABŞ-da son prezident seçkilərindən sonra hakimiyyətə gələn Donald Tramp qismən də olsa, Yaxın Şərqdə kürd-erməni terrorizminin qarşısını ala bilmişdir. Ona görə də indi Suriya, İraq, Fələstin, Livan və Liviyada terror eyləmləri səngimişdir. Digər yandan isə, Türkiyədə AKP-MHP qeyri rəsmi koalisiyası da FETÖ siyasətinin çökdürülməsi üçün çox gərgin çalışırlar. Buqələmun kimi rəngini təbiəti aləmin şərtlərinə görə dəyişməyi asanlıqla bacaran nurçu cameə artıq qılafına bürünmüş şəkildə görünsələr də onların buynuzları içlərində saxlanılır. Bu dəfə nurçu cameə liberalizm siyasətinin içində əsas hədəflərini qorumağa çalışırlar. Hətta heç nə olmamış kimi davranışlar sərgiləyirlər. Azərbaycandakı fətullahçı-nurçu cameə məmur-oliqarxiya idarəetmə sistemində təmsil olunmasa da, liberal dəyərlər adı altında demək olar ki, əksər bank-maliyyə işlərində, eləcə də ARDNŞ-də söz sahibi olaraq qalırlar. Bu cameənin başlıca vəzifəsi heç bir iş görmədən, alın təri tökmədən, istehsal etmədən ən çox gəlir mənbələrinə sahib çıxmaqdır. Necə ki, Azərbaycanın neft və qaz sektorunda mühüm strateji vəzifələri məngirləyərək konsaltinq-menecer statusu altında gizlənərək ən iri məbləğlərdə sahib çıxırlar. Belələrini heç zaman cəmiyyətin içində görmək mümkün deyil. Onlar qaramat görünüşlü pərdələrin arxasında dayanmağı daha üstün sayırlar. Çünki, FETÖ-nun təlimi belədir. Suriya, İraq, Livan və Liviyada yaşanılan vətəndaş müharibələrinin durdurulması PKK-nın və FETÖ Ordusunun gəlir imkanlarına olduqca sarsıdıcı zərbələr vurubdur. Ona görə də bu dəfə süni şəkildə qeybə çəkiliblər. Unutmaq olmaz ki, bu şetenin əsas gəlir mənbələri silah, narkotik maddələrin gizli satışı, neft və təbii yanacaq qazının sayəsində başa gəlir. Savaş bitdiyi üçün, FETÖ Ordusu da cildini dəyişmək zorunda qalıbdır. Onlar fürsətçi statusu ilə vətəndaş cəmiyyətində ən gəlirli sahələrə sahib çıxmaq marafonuna girişiblər. Bunun üçün ən fürsətli sahə Azərbaycanın neft-qaz sektorunda mövqelərini gücləndirmək strategiyasını tətbiq etməklə məşğuldurlar. ARDNŞ-ə 2008-ci ildən üzü bu yana rəhbərlik edən Rövnəq Abdullayev məhz FETÖ siyasətinin çiçəkləndiyi dönəmdə bu qurumun başına keçibdir. O, indiyə kimi bircə dəfə də olsun təmsil etdiyi komanda ilə birlikdə FETÖ-ya "hizmət” etmədiyi barəsində rəsmi açıqlama verməyib. Əgər KİV-lərdə bu barədə hansısa bilgi yayınlanırsa, o zaman bunlara aydınlıq gətirilməliydi. Bu günə qədər kimsə bu açıqlamanın şahidi olmayıb. ARDNŞ FETÖ və onun "nurçu” cameəsi ilə tandem təşkil edən bir şəbəkəyə çevrilib. Bu isə, Azərbaycanın bir dövlət olaraq inkişafı qarşısında ən böyük əngəllərdən biridir. Dövlətin təbii sərvətləri sayəsində əldə etdiyi milyardlarla gəlirlərin sayəsində çoxdan işğal altında inləyən Qarabağ torpaqlarımızı geri qaytara bilərdik. Ancaq bu gəlirlərin FETÖ şəbəkəsinin strukturlarına axması, sonucda bizə qarşı düşmən siyasətini yürüdən çetelərin maraqlarını təmin etməsi Azərbaycanın problemlərinin hələ də çözülməmiş bir durumda qalmasına səbəb olub. ARDNŞ və "nurçuluq” tandeminin əsl sirri budur.