15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
"Nizaminin abidəsini vandalizm aktına məruz qoyanlar qanuna uyğun olaraq cəzalandırılacaqlar".
Sozcu.info xəbər verir ki, bunu virtualaz.org-a eksklüziv açıqlamasında Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev deyib.
"Hər hansı tarixi abidə ilə bağlı vandalizm cəzasız qalmamalıdır. Respublikanın hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparırlar", - V.Vasilyev qeyd edib.
Respublikanın başçısı həmçinin bildirib ki, Azərbaycan-Dağıstan sərhədində olan bütün neqativ hallar yaxın vaxtlarda aradan qaldırılacaq: "Biz korrupsiya ilə mübarizə aparırıq, düşünürəm ki, siz respublikamızda mövcud olan neqativ proseslərin aradan qaldırması üzrə bizim işimiz haqda KİV-dən bilirsiniz. Yaxın vaxtlarda hamı bizim işimizin uğurlu olduğuna əmin olacaq".