Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

 

Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında operativ əlaqənin qurulması haqda suala cavab verib.

Sozcu.info  bildirir ki, bu barədə "Sputnik-Armenia” xəbər yayıb.

Ermənistan Respublika Partiyasının (ERP) Şura iclasından sonra jurnalistlərin bununla bağlı sualına cavab verərkən V. Sarkisyan deyib ki, Müdafiə Nazirliyinin indiki rəhbəri David Tonoyanartıq bu mövzunu şərh edib.

"Çox yaxşıdır ki, Silahlı Qüvvələr səviyyəsində operativ əlaqə var, amma David Tonoyanın daha əvvəl izah etdiyi kimi, bu, baş nazirlə Prezident arasında əlaqə deyil. Belə əlaqənin mövcudluğunu əhəmiyyətli hesab edirəm”, – deyə Vigen Sarkisyan qeyd edib.

Onun sözlərinə görə, belə əlaqə əvvəllər də olub, həmçinin nə vaxt ki, bu və ya digər məsələni müzakirə etmək ehtiyacı yaranıb, onda vaxtaşırı xüsusi əlaqə də qurulub.

"Bu, texniki baxımdan çətin deyil. Mən müdafiə naziri olanda minimum iki dəfə belə hal olmuşdu və bu, gərgin münaqişə zonalarında tamamilə təbii, normal prosesdir. Belə əlaqə hadisələrin planlaşdırılmamış, təsadüfi inkişafı halında faydalı ola bilər, buna görə yaxşıdır ki, belə əlaqə qaydaya salınıb”, – deyə Vigen Sarkisyan vurğulayıb.

O həm də bildirib ki, keçmiş müdafiə naziri kimi, yaxın illərdə müdafiə sferası, eləcə də hərbi qurum ilə bağlı istənilən qiymətləndirmələrdən çəkinəcək, çünki bunu düzgün hesab etmir.



Oxşar Xəbərlər

Xəbər lenti