Sahil Babayev yeni aparat rəhbəri təyin etdi

Sahil Babayev yeni aparat rəhbəri təyin etdi

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Əmrinə əsasən, Hidayət Abdullayev nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Sozcu.info xəbər verir ki, Hidayət Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.

1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən "Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.

2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.

2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.



Oxşar Xəbərlər

Xəbər lenti