8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ucar şəhər sakini Hacıyeva Lalə Şahvələd qızı tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
"Cənab Prezident!
Mən Hacıyeva Lalə Şahvələd qızı, Ucar şəhəri Heydər Əliyev küçəsi 55-də yaşayıram. İki azyaşlı övladım var. Yaşadığım evin sol həyətyanı hasarının digər hisəsində iki mərtəbəli komunal yaşayış binasının sakinlərinə məxsus qaraj və saray adlanan (həmin yaşayış binasındakı sakinlərin sözləri ilə ) tikililər 70 il bundan əvvəl tikilmişdir. Hal-hazırda həmin saray və qarajlar tam yararsız və qəzalı vəziyyətdədir. İnsanların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Hardasa həmin tikililərin 30 metrəsi uçub-dağılaraq, mənim həyətimə tökülüb. Mənə məxsus həyətyanı sahənin həmin hissəsindən umumiyyətlə istifadə edə bilmirəm. İki azyaşlı uşağım da həyətə çıxa bilmir.
Yaranmış bu problemlə bağlı iki dəfə Ucar rayon İcra Hakimiyyətinin başcısı Mənsur Məmmədovun qəbulunda olmuşam. Mövcüd olan vəziyyətin şəkillərini ona təqdim etmişəm. Bir dəfə də sizə rəsmi müraciət etmişəm. Sonuncu müraciətimdən sonra Ucarın icra başçısı Mənsur Məmmədov İcra Hakimiyyətinin Ucar şəhəri Ərazi Üzrə İcra Nümayəndəsi Abdulla İbrahimova problemin araşdırılaraq tədbir görülməsi haqqında göstərişini verdi. Abdulla İbrahimov da dekabr ayının əvvəllərində iki nəfər ilə gəlib yaranan problemə yerində baxdılar. İcra Nümayəndəsi Abdulla İbrahimov bir hissəsi uçub-dağılmış, qalan hissəsi isə qəzalı vəziyyətdə olan saray və qarajların buldozerlə tamamilə sökülərək hasarın yenidən tikiləcəyini bildirdi. Ancaq bu günə kimi bu işlə bağlı heç bir tədbir görülmür. Aldada-aldada, günü-günə sataraq mənə verdikləri sözü yerinə yetirmirlər.
Yuxarıda qeyd etdiyim kimi, həyətimin o hissəsindən istifadə edə bilmirəm. Özümün də maddi imkanım yoxdur. Aylıq məvacibi iki yüz manat olan satıcı işində işləyirəm. Ailəmin yaşayışını güclə təmin edirəm. Odur ki, sizdən xahiş edirəm, yaranmış bu problemin və süründürməçiliyin həll olunması üçün mənə köməklik edəsininz. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.