Artur Rasizadə evində nəvələri ilə vaxt keçirir:"Nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə axtarmırlar?"

Artur Rasizadə evində nəvələri ilə vaxt keçirir:"Nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə axtarmırlar?"

 

"Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrimlə oynayıram və onları bir həftə görməyəmdə darıxıram”.

Sozcu.info  xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycanın sabiq Baş naziri Artur Rasizadə söyləyib.

O bildirib ki, vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirir:

"Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm”.

Artur Rasizadə nəticələri haqda da danışıb: "Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən günü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun. Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər”.

Artur Rəsizadə zəngə görə də minnətdarlıq edib: "Siz sağ olun ki, mənimlə maraqlandınız, 2 gün öncə dedim ki, görəsən, nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə məni axtarmır? Bu zəng məni çox sevindirdi, çox maraqlı gəldi. Allah hər birinizi qorusun, hamıdan çox razıyam”.

Xatırladaq ki, Artur Rasizadə uzun müddət yüksək vəzifələrdə çalışıb. 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləyib. Dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsi olan A.Rasizadə ölkəmizin ən peşəkar iqtisadçılarından sayılır.



Oxşar Xəbərlər

Xəbər lenti