29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, faktla bağlı nazirliyin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozama – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub./ona.az/