8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ağcabədidə arvadını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Rafiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Elmin Rüstəmovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin may ayında gecə saatlarında rayonun Taxtakörpü kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Tahirə Əliyeva ilə mübahisə edib. Qısqanc ər cibində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr vurub. Daha sonra hadisə yerindən qaçıb.
Yaralı qonşular tərəfindən xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsilə cinayət işi başlanıb, daha sonra əməl 29,120.1 (qəsdən adamöldürməyə cəhd) maddəsinə tövsif edilib.