Sumqayıtda dəhşətli yol qəzası: Yaralılardan vəziyyəti ağır olanlar var - FOTO

Sumqayıtda iki minik avtomobili toqquşub, altı nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza “Elmar” dairəsi kimi tanınan döngədə baş verib.
“VAZ 2110” markalı minik avtomobili qarşıda hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində altı nəfər xəsarət alıb. Onlardan iki nəfərin vəziyyəti ağır olduğundan Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}