Bakıda bir gündə üç nəfər intihar etdi

Dünən Bakı şəhərində 3 intihar hadisəsi qeydə alınıb.
Sozcu.info xəbər verir ki, Bakı sakini 1973-cü il təvəllüdlü Tərlan Əliyev Novxanıdakı bağ evində iplə özünü asaraq intihar edib.
Başqa bir intihar hadisəsi isə Nardaran qəsəbəsində qeydə alınıb. 1975-ci il təvəllüdlü İlham Qasımov da iplə özünü asaraq canına qəsd edib.
Əslən türk olan 15 yaşlı Məhəmməd Kalkan isə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.
Hadisə dünən saat 13:15 radələrində Nərimanov rayonu, Təbriz küçəsində baş verib.
Hər 3 faktla bağlı müvafiq rayon polis idarələri tərəfindən araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}