Lənkəranda həmişəyaşıl ağaclar kəsilir? - Nazirlik hərəkətə keçdi

Lənkəran rayonunun Zövlə kəndində həmişəyaşıl ağacları kəsirlər.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 
Bildirilib ki, yeni təmir edilmiş məktəbin qarşısındakı həmişəyaşıl ağaclar kəsilir.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
ETSN-nin mətbuat katibi İradə İbrahimova Sozcu.info-ın sorğusuna cavab olaraq bildirib ki, Lənkəran rayonu, Zövlə kəndindəki məktəbin qarşısında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkədə yayılmış məlumatlarla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən hazırda araşdırma aparılır:
“Nəticəsi barədə məlumat veriləcək”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}