Azərbaycanda kişi arvadı evdən getdiyi üçün intihar etdi

Tovuz rayonunda intihar hadisəsi baş verib. 
Bu barədə Sozcu.info-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 
Hadisə rayonun Alakol kəndində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Samir Əhmədov yaşadığı evdə özünü asaraq intihar edib.
Onun intihar etməsinə arvadının evdən küsərək getməsi səbəb olub.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.


Oxşar Xəbərlər

Xəbər lenti