Oğlu minaya düşərək ölən ananın evi yandı - FOTO

Bu ilin fevralında Suqovuşanda minaya düşərək həlak olan Bəxtiyar Mahmudovun Tərtərin Şıxarx qəsəbəsində məskunlaşan ailəsinin evi yanıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun qardaşı Şəhriyar Mahmudov məlumat verib. O qeyd edib ki, hadisə bu gecə qısaqapanma nəticəsində baş verib:
“Gecə saat 2-də şaqqıltı səsləri eşitdim. Oyanıb gördüm ki, ev yanır. Yanğınsöndürənlər gəlib söndürdülər. Evdə olan əşyaların hamısı yanaraq kül olub. Sadəcə 5-6 dənə yanmayan yorğan-döşək qalıb. Hazırda köməksiz vəziyyətdə qalmışıq. Mən qardaşımın uşaqları, gəlin və anamla birgə bu evdə yaşayırıq. Qapıda evə gəlib baxmalarını gözləyirik. Hələ ki, gələn yoxdur”.
Minaya düşən oğluna görməyən gözləri ilə ağlayır... 
Xatırladaq ki, bir müddət əvvəl “Qafqazinfo”nun əməkdaşları B. Mahmudovun ailəsinə baş çəkmişdi. Ailəsinin bildirdiyinə görə, müharibə zamanı düşmən tərəfindən Bəxtiyargilin evinə mərmi atılıb. Nəticədə, evə ziyan dəyib, tövlə dağıdılıb.
Vətən müharibəsi zamanı cəbhəyə yardım aparan 33 yaşlı Bəxtiyarın iki körpəsi yadigar qalıb. B. Mahmudovun körpələri hazırda onun gözdən əlil anası Əsli Baxşəliyevaya əmanətdir.
Günel Türksoy







Oxşar Xəbərlər

Xəbər lenti