Gürcüstanda Britaniya vətəndaşı qətlə yetirilib - FOTO⁸

Gürcüstanın Qori şəhərində Böyük Britaniya vətəndaşı 28 yaşlı Tomas Kennedi qətlə yetirilib.
Sozcu.info-un “Mtavari arxi” telekanalına istinadən verdiyi xəbərə görə, istintaq qətlə yetirilən şəxsin əvvəlcə fiziki hücuma məruz qaldığını və daha sonra huşsuz vəziyyətdə Kür çayına atıldığını müəyyən edib.
T. Kennedinin Gürcüstana avqustun 30-da getdiyi və onun musiqi kolleclərindən birinin tələbəsi olduğu bildirilir.
Cinayət hadisəsi oktyabrın 7-də törədilib.
Polis 5 nəfəri saxlayıb.


Oxşar Xəbərlər

Xəbər lenti