Xaçmazda yol qəzasında 6 nəfər xəsarət alıb

Xaçmazda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Sozcu.info Report-a istinadən xəbər verir ki, hadisə Yeni Həyat qəsəbəsi ərazisində olub.
Qusarçay kəndindən Yeüni Həyat qəsəbəsinə gedən yolda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər - 2001-ci il təvəllüdlü Sadıyev Nurlan Nadir oğlu, 2000-ci il təvəllüdlü Xasanov Emin Qasım oğlu, 1994-cü il təvəllüdlü Rüstəmov Camaləddin Tofiq oğlu, 1973-cü il təvəllüdlü Həsrətov Sərkər Şücaəddin oğlu, 1977-ci il təvəllüdlü Sərkərova Natella Nağı qızı və Kikuladze Bayram Sərvər oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}