5 yaşlı qızın DƏHŞƏTLİ ÖLÜMÜ ölkəni silkələdi


Artıq vilayət prokurorluğu uşağın dəhşətli ölümü ilə bağlı araşdırmalara başlayıb.
Rusiyanın Sverdlovsk vilayətinin Svetloye kəndində fərdi evdə yaşananlar, sözün əsl mənasında, sosial şəbəkələrin müzakirə mövzusu olub.
Sozcu.info lent.az-a istinadən xəbər verir ki, yenə də valideyn məsuliyyətsizliyi övladın faciəvi ölümünə səbəb olub.
Ana işə gedərkən 5 yaşlı qızını içki düşkünü olan atası ilə evdə qoyub. Ata həmişəki kimi, içkinin təsirindən uşağı nəzarətsiz buraxıb yataq otağın keçib. Azyaşlı təkbaşına evi dolanmağa başlayıb. Uşağın diqqətini yarı hissəsi sınmış, divara güclə bərkidilmiş "rozetka" çəkib. Qızcığaz "rozetka"nı dartır və elektrik naqilləri qırılır. Naqilləri də tutub divardan qoparmağa çalışan zavallını cərəyan vurur. Ata hələ də yuxuda idi... 
İşdən evə dönən ana qızının əlləri külə dönmüş cəsədi ilə üzləşir.


Oxşar Xəbərlər

Xəbər lenti