Bakıda psixiatriya xəstəxanasında döyülən pasiyent öldü

Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında döyülən vətəndaş vəfat edib. Sozcu.info xəbər verir ki, bu barədə Oxu.Az-a vətəndaşın qardaşı məlumat verib.
O bildirib ki, qardaşı ötən gün gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun qardaşı Oxu.Az-a onun xəstəxanada vəhşicəsinə döyülərək koma vəziyyətinə salındığını bildirmişdi.
Səhiyyə Nazirliyindən də bildirilib ki, orada olan xəstələr arasında mübahisə olub. Hadisə də həmin zaman baş verib.
Xəstəxana rəhbərliyi tərəfindən qeydə alınan fakt barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.


Oxşar Xəbərlər

Xəbər lenti