Gürcüstanda azərbaycanlı itkin düşüb

Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyev itkin düşüb.
Sozcu.info-un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Soydaşımızın yaxınları bildiriblər ki, N.Nəbiyev yanvarın 4-də evdən çıxıb və mal-qara almaq üçün başqa rayona yollanıb. Həmin gündən ondan xəbər almaq mümkün olmayıb.
N.Nəbiyevin itkin düşməsi barədə polisə artıq məlumat verilib. Onun axtarışı aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}